Peşəkar Tennisçilər Assosiasiyası tennis turnirlərini ləğv edib

24 İyul 2020 16:50

Xəbər 269 dəfə oxunub

Peşəkar Tennisçilər Assosiasiyası (ATP) və Qadın Tennisçilər Assosiasiyası (WTA) 2020-ci ildə Çində keçirilməsi planlaşdırılan bütün tennis turnirlərinin koronavirus pandemiyası səbəbindən ləğv olunduğunu elan ediblər.Azərtac xəbər verir ki, hər iki qurum bu barədə məlumat yayıb.Bu il ATP 4, WTA isə 7 turnirin Çində təşkilini planlaşdırırdı. Tennis turnirlərinin ləğvi Çin hökumətinin koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə tədbirləri çərçivəsində ölkədə beynəlxalq yarışların keçirilməsinin qadağan edilməsi barədə qərarı ilə əlaqədardır. Çində Pekin Qış Olimpiya Oyunları üçün test turnirləri istisna olmaqla, bütün beynəlxalq yarışlar ilin sonuna qədər ləğv edilib.Qış Olimpiya Oyunlarının 2022-ci ilin fevralın 4-dən 20-dək keçirilməsi planlaşdırılır.xeber100.com