“Pokrovskaya” Günəş Elektrik Stansiyası istismara verilib

1 Noyabr 2019 13:17

Xəbər 212 dəfə oxunub

Ukraynanın Dnepropetrovsk vilayətində gücünə görə Avropanın ikinci ən böyük “Pokrovskaya” Günəş Elektrik Stansiyası (240 MVt) istismara verilib. Azərtac yerli mətbuata istinadla xəbər verir ki, “Pokrovskaya” GES hər il 400 milyon kVt/saat yaşıl elektrik enerjisi istehsal edəcək. Bu da 200 min fərdi ev və ya mənzili elektrik enerjisi ilə təmin etmək üçün kifayətdir. Stansiyanın işi sayəsində atmosferə atılan CO₂ tullantıları ildə 420 min ton azalacaq.“Pokrovskaya” GES, “Bloomberg” reytinqinə görə, ən yaxşı günəş panelləri istehsalçılarının ilk üçlüyündə yer alan Risen (Çin) tərəfindən istehsal olunan 840 min günəş panelindən ibarətdir və 437 hektar ərazidə yerləşir.Stansiyanın yaradılmasına 193 milyon avro sərmayə yatırılıb.xeber100.com

Gürcüstan hökuməti vətəndaşları üçün yeni qaydalar müəyyənləşdirib

Gürcüstan parlamentində ölkə vətəndaşlarının Şengen zonasına daxil olan ölkələrə səfər etmələri ilə bağlı yeni qanun layihəsi bu həftə müzakirəyə çıxarılacaq.Azərtac xəbər verir ki, bu barədə Gürcüstan parlamentindən məlumat verilib.Yeni layihədə Şengen ölkələrinə səfər etmək istəyən Gürcüstan vətəndaşları üçün yeni qaydalar və məhdudiyyətlər nəzərdə tutulub.Yeni qaydalara əsasən, son 10 il ərzində biometrik pasport almayan və pasportunun müddəti getdiyi ölkədən qayıdacağı günədək azı 3 ay müddəti olmayan şəxslər xarici ölkələrə səfər edə bilməyəcəklər.Həmçinin Şengen zonasına daxil olan ölkəyə səfər edən şəxsin geri qayıtmaq üçün təyyarə bileti və ya bu bilet üçün qabaqcadan bildirişi (bron) olmayan, getdiyi ölkədə qalacağı dəqiq ünvan, mehmanxana, dəvət edən şəxsin dəqiq ünvanı tələb olunan sənədlər sırasındadır.Yeni dəyişikliklərdə, həmçinin saxta sənədlər təqdim edən şəxslər və bu sənədləri verən təşkilatlar üçün cinayət məsuliyyəti nəzərdə tutulub.Həmin şəxsləri 2 ildən 6 ilədək, belə faktlar təkrar olduqda isə 3 ildən 8 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.Bu qaydalar, əsasən, Gürcüstan vətəndaşlarının xarici ölkələrdə sığınacaq axtarmaları ilə bağlıdır.Qeyd olunur ki, bəzi Avropa İttifaqı ölkələri, o cümlədən Almaniya, Fransa, İsveç və İslandiya bu cür halların qarşısını almaq üçün Gürcüstan hökumətinə müraciət ediblər.Məlumat üçün qeyd edək ki, Gürcüstan vətəndaşlarına Şengen ölkələrinə turist kimi, işgüzar səfərə və ya qonaq getmək üçün 2017-ci ilin mart ayından icazə verilir.Gürcüstan vətəndaşları Şengen zonasına daxil olan ölkələrə 180 gün ərzində cəmi 90 gün səfər edə bilirlər.xeber100.com

Avqust 31, 2020 13:00