Polşa parlamenti qanunvericilikdə dəyişikliklər edib

6 İyul 2019 16:14

Xəbər 58 dəfə oxunub

Polşa parlamenti qanunvericilikdə gənclərlə bağlı müəyyən dəyişikliklər edib.Azərtac xəbər verir ki, yeni qaydalara əsasən, yaşı 26-dan aşağı olan işçilər əməkhaqqından vergi ödəməyəcəklər. Bu qərar gənc polyakların ölkəni kütləvi surətdə tərk etmələrinin qarşısını almaq üçün atılıb.Yaşı 26-dan aşağı olanlar ildə 20 min avrodan az əməkhaqqı alırsa onlar vergi ödəməyəcəklər. Məbləğ bundan çox olduğu təqdirdə ödəniləcək vergi isə illik 18 faiz təşkil edəcək. Qeyd edək ki, Polşada orta illik əməkhaqqı 14 min avrodur. Qanun avqustun 1-dən qüvvəyə minəcək.xeber100.com

Nüvə reaktorunun inşası müzakirə ediləcək

Sentyabrın 14-də ABŞ-ın Enerji naziri Rik Perri ilə Səudiyyə Ərəbistanın yeni Enerji naziri, şahzadə Əbdüləziz bin Salman arasında Krallığın ərazisində nüvə reaktorunun inşasının müzakirə edilməsi gözlənilirdi. Lakin ABŞ rəsmiləri bu gün bəyan ediblər ki, görüş Beynəlxalq Atom Enerjisi Agentliyinin gələn həftə Vyanada keçiriləcək iclası çərçivəsində baş tutacaq. Rik Perri sentyabrın 14-də keçirdiyi mətbuat konfransında bəyan edib ki, səudiyyəli həmkarı ilə nüvə reaktorunun inşası məsələsini müzakirə edəcək.Azərtac CNN telekanalının saytına istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanı bugünədək uranın zənginləşdirilməsi və plutoniumun təkrar emalı üzrə tədqiqatların aparılmasına səy göstərib. Əbdüləziz bin Salman bildirib ki, onun ölkəsi bu məqsədlə xüsusi proqram hazırlayıb və ABŞ ilə müvafiq sazişin şərtlərini, habelə Amerika şirkətlərinin bu prosesdə rolunu qiymətləndirir. Ötən həftə bəyanatla çıxış edən vəliəhd şahzadə Məhəmməd bin Salman isə vurğulayıb ki, Səudiyyə Ərəbistanı nüvə silahına malik olmaq istəmir, lakin onun regiondakı rəqibi İranın bu silahı əldə edəcəyi təqdirdə həmin variantı da nəzərdən keçirəcək.İranla bağlı məsələyə toxunan Rik Perri bəyan edib ki, ABŞ İranın neft ixracına qarşı sərt sanksiyaların tətbiq edilməsini davam etdirəcək. “İran dünyanın yaxşı vətəndaşı olmağın qaydalarını yaxşı bilir, amma bugünkü davranışlarını davam etdirsə, o zaman Birləşmiş Ştatlar daha sərt və ciddi tədbirlərə əl atacaq”, -deyə amerikalı nazir əlavə edib.xeber100.com

Sentyabr 14, 2019 22:17