“Qəbələ” futbol klubu ilk oyununu keçirəcək

2 Oktyabr 2019 10:12

Xəbər 71 dəfə oxunub

Bu gün UEFA Gənclər Liqasındakı təmsilçimiz “Qəbələ” futbol klubu ilk oyununu keçirəcək.Azərtac xəbər verir ki, Kiprin APOEL komandasına qarşı keçiriləcək oyunu Qazaxıstandan olan hakimlər idarə edəcək. Matçın baş hakimi Furkat Atacanov olacaq. Ona Denis Labaşov və Sergey Kalaçov kömək edəcəklər. Dördüncü hakim funksiyasını kiprli Kiriakos Kristodoulou yerinə yetirəcək.Matçın UEFA nümayəndəsi Vasko Doyçinovski (Şimali Makedoniya), hakim-inspektoru isə Xristos Nikolaidis (Kipr) olacaq.Nikosiya şəhərindəki “Makarion” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.xeber100.com

Romada güləş üzrə Avropa çempionatı davam edir

İtaliyanın paytaxtı Romada güləş üzrə Avropa çempionatı davam edir.Azərtac xəbər verir ki, fevralın 14-də sərbəst güləşçilərin mübarizəsinə start veriləcək. Fevralın 13-də bütün çəkilər üzrə püşkatma mərasimi keçirilib və yığmamızın üzvlərinin ilk rəqibləri müəyyənləşib. Belə ki, Əfqan Xaşalov (57 kq) fransız Valentin Damur, İntiqam Vəzirzadə (61 kq) Türkiyə idmançısı Hamza Alaca, Əli Rəhimzadə (65 kq) gürcüstanlı Vladimir Xinceqaşvili, Ağahüseyn Mustafayev Ermənistan güləşçisi Gevorq Mxeyan, Hacımurad Hacıyev (74 kq) Polşa idmançısı Patrik Kriştof Olenjin, Cəbrayıl Həsənov (79 kq) Gürcüstan pəhləvanı Nika Kentçadze, Abubakr Abakarov (86 kq) latviyalı İvars Samusonoks, Aslanbek Alborov (92 kq) macarıstanlı Bendequz Tot, Nurməhəmməd Hacıyev (97 kq) Macarıstan təmsilçisi Pavel Oleynik, Camaləddin Məhəmmədov (125 kq) isə Bosniya və Herseqovina güləşçisi Elhad Hukiç ilə qarşılaşacaqlar.Qeyd edək ki, qitə birinciliyində çıxış edən yunan-Roma güləşi üzrə millimiz tarixində ilk dəfə Avropa çempionatında rekord sayda - 6 medal qazanıb. Belə ki, Sənan Süleymanov (77 kq) və Rafiq Hüseynov (82 kq) bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Eldəniz Əzizli (55 kq), Murad Bazarov (60 kq), Ülvü Qənizadə (72 kq) və İslam Abbasov (87 kq) isə üçüncü yeri tutub. Beləliklə, 2 qızıl və 4 bürünc medal qazanan millimiz 116 xal toplayaraq, komanda hesabında Rusiyadan (128) sonra ikinci olub. Türkiyə isə 90 xalla üçüncü pillədə qərarlaşıb.xeber100.com

Fevral 14, 2020 10:47

Futbol üzrə İtaliya kubokunun ikinci yarımfinal oyunu keçirilib

Fevralın 13-də futbol üzrə İtaliya kubokunun ikinci yarımfinal oyunu keçirilib.Azərtac xəbər verir ki, “San Siro” stadionunda keçirilən matçda əzəli rəqiblər – “Milan” və “Yuventus” klubları üz-üzə gəlib. Görüş 1:1 hesabı ilə başa çatıb.Oyunda hesab ikinci hissədə açılıb. Matçın 61-ci dəqiqəsində Ante Rebiç Kastilyexonun ötürməsini dəqiq zərbə ilə tamamlayıb. Oyunun 71-ci dəqiqəsində “Milan”ın müdafiəçisi Teo Hernandes iknci sarı vərəqə alaraq meydandan qovulub. Qarşılaşmanın 90-cı dəqiqəsində “Yuventus” klubu hesaba tarazlıq gətirib. Hakimin təyin etdiyi 11-metrlik cərimə zərbəsini Kriştiano Ronaldo dəqiq yerinə yetirib.Xatırladaq ki, mərhələnin birinci oyununda “İnter” klubu “Cüzeppe Meatsa” stadionunda “Napoli” komandasına minimal hesabla məğlub olub – 0:1.“İnter” dörddədir final mərhələsində “Fiorentina”nı (2:1), “Napoli” isə “Latsio”nu (1:0) məğlub edib. “Yuventus” komandası “Roma”nı 3:1 hesabı ilə məğlub edərək yarımfinala vəsiqə qazanıb. “Milan” isə “Torino”dan üstün olub - 4:2.Bu komandalar arasında cavab qarşılaşmaları martın 4-də və 5-də keçiriləcək.İtaliya kuboku uğrunda turnirin reqlamentinə əsasən, yarımfinal mərhələsinə qədər qaliblər bir oyunun nəticəsinə əsasən müəyyən edilir.xeber100.com

Fevral 14, 2020 10:44

Futbol üzrə Avropa çempionatının final mərhələsində

Futbol üzrə Avropa çempionatının final mərhələsinin Bakıda keçiriləcək 3 qrup oyunu və 1/4 final mərhələsinin 1 qarşılaşması ilə əlaqədar silsilə tədbirlərin təşkil olunması planlaşdırılır.Azərtac xəbər verir ki, bunların sırasına “Avro 2020”yə həsr olunmuş “İntellektual Kubok” da daxildir. Turnirə qatılacaq iştirakçılar Avropa çempionatının tarixi, keçirilmiş maraqlı qarşılaşmalar, tanınmış futbolçular, eləcə də ev sahibi şəhərlər ilə bağlı sualları düzgün cavablandırmağa çalışacaqlar. “İntellektual Kubok”da 40 komandanın iştirakı nəzərdə tutulur. Hər komandanın heyətində minimum 4, maksimum 6 oyunçu mübarizə apara bilər.Qeyd edək ki, turnir “Nə? Harada? Nə zaman?” intellektual oyununun qaydaları əsasında keçiriləcək. Oyun zamanı iştirakçılar əvvəlcədən müəyyənləşdirilmiş vaxt çərçivəsində sualları düzgün cavablandırmağa çalışacaqlar. İntellektual yarışın aparıcısı isə tanınmış televiziya və radio aparıcısı – DJ Fatehdir.Tədbirin sonunda ilk 3 yerin sahibinə müvafiq olaraq kubok və medallar təqdim olunacaq. Eyni zamanda, hər 3 komandaya Bakıda keçiriləcək “Avro 2020” oyunlarından birinə biletlər hədiyyə ediləcək. Bundan əlavə, birinci yerə 1200, ikinci yerə 900, üçüncü yerə isə 600 manat dəyərində pul mükafatı veriləcək.“İntellektual Kubok” fevralın 16-da Bakıda keçiriləcək. Qeyd edək ki, tədbir Azərbaycan dilində olacaq.xeber100.com

Fevral 12, 2020 13:48