“Qarabağ” klubunun pley-off mərhələsindəki rəqibi bəlli olub

14 Avqust 2019 08:38

Xəbər 122 dəfə oxunub

“Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsindəki rəqibi bəlli olub.Azərtac xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda bu raundda “Linfild”lə üz-üzə gələcək.Şimali İrlandiya çempionu UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsində Monteneqronun “Sutyeska” komandasını hər iki görüşdə məğlub edib – 2:1, 3:2.Qeyd edək ki, UEFA Avropa Liqasının pley-off mərhələsində ilk oyunlar avqustun 22-də, cavab görüşləri isə bir həftə sonra keçiriləcək.xeber100.com

İngiltərə Premyer Liqasının 23-cü turunun mərkəzi qarşılaşması keçirilib

Yanvarın 19-da İngiltərə Premyer Liqasının 23-cü turunun mərkəzi qarşılaşması keçirilib.Azərtac xəbər verir ki, turnir cədvəlinin hazırkı lideri “Liverpul” doğma azarkeşlər önündə “Mançester Yuanyted” komandasını qəbul edib.“Enfild” stadionunda baş tutan görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.Hər iki hissədə bir qol vuran “Liverpul” çempionluq yolunda vacib qələbə qazanıb.Mersessayd təmsilçisinin heyətində Viljil van Deyk və Məhəmməd Salah fərqləniblər.Bu qələbə sahəsində xalları sayını 64-ə çatdıran “Liverpul” əzəli rəqibi, ikinci yerdə qərarlaşan “Mançester Siti”dən 16 xal irəlidədir. Qırx beş xala malik “Lester Siti” isə səfərdə “Börnli”yə məğlub olub (2:1).Xatırladaq ki, ötən gün “Mançester Siti” öz meydanında “Kristal Palas”ı qəbul edib. Hesabı 39-cu dəqiqədə qonaqlar açıb. “Kristal Palas”ın türkiyəli hücumçusu Cenk Tosun fərqlənib.Fasilədən sonra hücumları gücləndirən meydan sahibləri matçın sonlarına yaxın - 82-ci dəqiqədə hesaba tarazlıq gətiriblər. Serxio Aquera Qabriel Jesusun ötürməsini qola çevirib. Bundan beş dəqiqə sonra “Mançester Siti” hesabda önə keçib. Serxio Aquera adını ikinci dəfə tabloya yazdırıb. Bu da son qol olmayıb. “Kristal Palas” 90-cı dəqiqəsində hesabı bərabərləşdirməyə nail olub. Vilfried Zahanın cinah ötürməsindən sonra top “Mançester Siti”nin futbolçusu Fernandinyonun ayağına dəyərək qapıdan keçib. Beləliklə, oyun 2:2 hesab ilə başa çatıb.Günün digər oyunlarında aşağıdakı hesablar qeydə alınıb: “Arsenal” - “Şeffild Yunayted” - 1:1; “Brayton” - “Aston Villa” - 1:1; “Norviç Siti” - “Bormunt” - 1:0; “Southemton” - “Volverhemton” - 2:3; “Vest Ham Yunayted” - “Everton” - 1:1.xeber100.com

Yanvar 19, 2020 21:34