Qazaxıstan 2021-ci ildə neft hasilatını artırmağı planlaşdırır

19 Noyabr 2020 22:10

Xəbər 21 dəfə oxunub

Qazaxıstan 2021-ci ildə neft hasilatını artırmağı planlaşdırır.Azərtac xəbər verir ki, Qazaxıstanın milli iqtisadiyyat naziri Ruslan Dalenov gələn il ölkədə ümumilikdə 86 milyon ton neft hasil ediləcəyini bildirib.Nazir ölkənin 2021-2025-ci illər üçün sosial-iqtisadi inkişaf proqnozlarını qiymətləndirib. Deyib ki, gələn il ölkədə ümumilikdə 86 milyon ton neft istehsal ediləcək və 2025-ci ilə qədər bu rəqəm 100,7 milyon tona qədər artırılacaq.“İstehsal sektoru 6,7 faiz artacaq, kənd təsərrüfatında illik artım 6,2 faiz, ticarətdə isə 5,5 faiz olacaq. Proqnozlara görə, 2021-ci ildə ölkədə ixracın dəyəri 41,4 milyard dollar təşkil edəcək və 2025-ci ildə 51,5 milyard dollara qədər artacaq. İdxal sektoru 36,3 milyard dollardan 37,8 milyard dollara qədər artacaq. Qazaxıstanın ümumi daxili məhsulunda orta göstərici ilə müqayisədə 4 faiz artım qeydə alınacaq, 2025-ci ildə isə bu rəqəm 4,6 faizə çatacaq”, – deyə nazir qeyd edib.xeber100.com

Yeni Zelandiyada milli parlamentə seçkilər başlayıb

Oktyabrın 17-də yerli vaxtla səhər saat 9-da Yeni Zelandiyada milli parlamentə seçkilər və marixuananın və evtanaziyanın leqallaşdırılması üzrə referendumda səsvermə başlanıb.Azərtac xəbər verir ki, təqribən 2600 seçki məntəqəsində keçirilən səsvermə yerli vaxtla saat 21:00-da başa çatacaq.Seçkilər zamanı seçicilər iki bülleten dolduracaqlar. Bunlardan biri partiyaya, digəri isə dairə üzrə namizədlərdən birinə səsverməni nəzərdə tutur. Yeni zelandiyalılar, həmçinin marixuana və evtanaziyanın leqallaşdırılmasını nəzərdə tutan daha iki suala cavab verəcəklər. Referenduma çıxarılmış bu iki sual artıq parlament tərəfindən bəyənilib. Lakin yerli qanunvericilik bunun yalnız plebisitdə bəyənildikdən sonra qüvvəyə minməsini nəzərdə tutur.Parlamentə seçkilərə gəlincə, cari ildə milli parlamentdəki 120 yer uğrunda 17 partiyadan 566 namizəd mübarizə aparır. Daha 35 namizədin müstəqil olaraq seçkilərə qoşulduğu bildirilir. Parlamentdə yer almaq üçün partiyalar 5 faizlik həddi keçməli, namizədlər isə öz dairələrində səsə çoxluğu qazanmalıdırlar.Mütəxəssislərin rəyinə görə, hakim koalisiya (Yeni Zelandiyanın Leyboristlər Partiyası, “Hər şeydən əvvəl Yeni Zelandiya” və “Yaşıllar” partiyası) və Yeni Zelandiya Milli Partiyasının rəhbərlik etdiyi müxalifət bloku favoritlər arasında fərqlənir.Qeyd edək ki, Yeni Zelandiya parlamenti qarışıq sistemlə (ölkə üzrə 11 dairədən və partiya siyahısı ilə) üç il müddətinə gizli səsvermə yolu ilə seçilir. Bu ölkədə əhalinin 3,7 milyonu səs vermək hüququna malikdir. Səsvermədə iştirak etmək üçün seçicilərin 92,4 faizi, təqribən 3 milyon 400 min nəfər qeydiyyatdan keçib. Həmçinin seçicilərin 50 faizi (təqribən 1,7 milyon nəfər) 2020-ci ildə keçirilmiş ümumi seçkilərdə artıq səs verib.Seçki komissiyasının artıq bu gün axşam saatlarında səsvermənin ilkin nəticələrini elan edəcəyi bildirilir. Seçkilərin və referendumun rəsmi yekunu isə noyabrın 6-da elan ediləcək.xeber100.com

Oktyabr 17, 2020 13:39