Qazaxıstan Senatına – parlamentin yuxarı palatasına seçkilər keçirilir

12 Avqust 2020 14:48

Xəbər 1189 dəfə oxunub

Avqustun 12-də Qazaxıstan Senatına – parlamentin yuxarı palatasına seçkilər keçirilir.TASS informasiya agentliyi xəbər verir ki, Qazaxıstanın qanunvericilik orqanında 17 yer uğrunda 46 namizəd mübarizə aparır. Onlara yerli nümayəndəliklərin deputatları səs verəcəklər.Senatda cəmi 49 yer var: ölkənin 17 regionunun hər birindən 2 parlamentari və yuxarı palatada cəmiyyətin milli-mədəni maraqlarının təmsilçiliyinin təmin edilməsi zərurəti nəzərə alınmaqla dövlət başçısı tərəfindən təyin edilən 15 qanunverici. Senatın səlahiyyət müddəti altı ildir. Seçilmiş senatorların yarısı üç ildən bir yenidən seçilir.Bu il oktyabrın 15-də yuxarı palatanın regionlardan seçilmiş 17 deputatının səlahiyyət müddəti qurtarır. Bununla əlaqədar növbəti seçkilərin keçirilməsi zərurəti yaranıb. Senata namizədlərin irəli sürülməsi iyunun 13-dən başlanıb və qeydiyyat iyulun 23-dək davam edib.Pandemiya ilə əlaqədar ölkənin Mərkəzi Seçki Komissiyası daha əvvəl məlumat vermişdi ki, Senata deputat seçkilərində koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə respublikanın baş dövlət sanitarı ilə birlikdə tövsiyələr hazırlanıb.Bununla əlaqədar Mərkəzi Seçki Komissiyasının sədri Berik İmaşev bildirib ki, regionlarda epidemiya vəziyyəti müxtəlif olduğu üçün seçki prosesinin sanitar təhlükəsizliyinin konkret tədbirlərlə təmin edilməsinə dair qərar ərazi seçki komissiyaları və regional sanitar həkimlər tərəfindən birgə qəbul ediləcək.xeber100.com

Gürcüstan hökuməti vətəndaşları üçün yeni qaydalar müəyyənləşdirib

Gürcüstan parlamentində ölkə vətəndaşlarının Şengen zonasına daxil olan ölkələrə səfər etmələri ilə bağlı yeni qanun layihəsi bu həftə müzakirəyə çıxarılacaq.Azərtac xəbər verir ki, bu barədə Gürcüstan parlamentindən məlumat verilib.Yeni layihədə Şengen ölkələrinə səfər etmək istəyən Gürcüstan vətəndaşları üçün yeni qaydalar və məhdudiyyətlər nəzərdə tutulub.Yeni qaydalara əsasən, son 10 il ərzində biometrik pasport almayan və pasportunun müddəti getdiyi ölkədən qayıdacağı günədək azı 3 ay müddəti olmayan şəxslər xarici ölkələrə səfər edə bilməyəcəklər.Həmçinin Şengen zonasına daxil olan ölkəyə səfər edən şəxsin geri qayıtmaq üçün təyyarə bileti və ya bu bilet üçün qabaqcadan bildirişi (bron) olmayan, getdiyi ölkədə qalacağı dəqiq ünvan, mehmanxana, dəvət edən şəxsin dəqiq ünvanı tələb olunan sənədlər sırasındadır.Yeni dəyişikliklərdə, həmçinin saxta sənədlər təqdim edən şəxslər və bu sənədləri verən təşkilatlar üçün cinayət məsuliyyəti nəzərdə tutulub.Həmin şəxsləri 2 ildən 6 ilədək, belə faktlar təkrar olduqda isə 3 ildən 8 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.Bu qaydalar, əsasən, Gürcüstan vətəndaşlarının xarici ölkələrdə sığınacaq axtarmaları ilə bağlıdır.Qeyd olunur ki, bəzi Avropa İttifaqı ölkələri, o cümlədən Almaniya, Fransa, İsveç və İslandiya bu cür halların qarşısını almaq üçün Gürcüstan hökumətinə müraciət ediblər.Məlumat üçün qeyd edək ki, Gürcüstan vətəndaşlarına Şengen ölkələrinə turist kimi, işgüzar səfərə və ya qonaq getmək üçün 2017-ci ilin mart ayından icazə verilir.Gürcüstan vətəndaşları Şengen zonasına daxil olan ölkələrə 180 gün ərzində cəmi 90 gün səfər edə bilirlər.xeber100.com

Avqust 31, 2020 13:00