Qırğızıstan parlamentinin noyabrın 4-də keçirilən iclasında

4 Noyabr 2020 13:39

Xəbər 80 dəfə oxunub

Qırğızıstan parlamentinin – Joqorku Keneşin noyabrın 4-də keçirilən iclasında parlamentin sədri Kanat İsayev istefa verib.Azərtac xəbər verir ki, Kanat İsayev iclasdakı çıxışı zamanı “Kırqızıstan” partiyası tərəfindən onun prezident seçkilərində namizədliyi irəli sürüldüyü üçün istefa verdiyini bildirib.Parlamentin iclasında yeni spikerin seçilməsi məsələsinə də baxılıb.“Respublika-Ata Jurt” partiyasından deputat Talant Mamıtov səsvermə yolu ilə Joqorku Keneşin sədri seçilib. Yeni spikerin lehinə 100 deputat səs verib.xeber100.com

Yeni Zelandiyada milli parlamentə seçkilər başlayıb

Oktyabrın 17-də yerli vaxtla səhər saat 9-da Yeni Zelandiyada milli parlamentə seçkilər və marixuananın və evtanaziyanın leqallaşdırılması üzrə referendumda səsvermə başlanıb.Azərtac xəbər verir ki, təqribən 2600 seçki məntəqəsində keçirilən səsvermə yerli vaxtla saat 21:00-da başa çatacaq.Seçkilər zamanı seçicilər iki bülleten dolduracaqlar. Bunlardan biri partiyaya, digəri isə dairə üzrə namizədlərdən birinə səsverməni nəzərdə tutur. Yeni zelandiyalılar, həmçinin marixuana və evtanaziyanın leqallaşdırılmasını nəzərdə tutan daha iki suala cavab verəcəklər. Referenduma çıxarılmış bu iki sual artıq parlament tərəfindən bəyənilib. Lakin yerli qanunvericilik bunun yalnız plebisitdə bəyənildikdən sonra qüvvəyə minməsini nəzərdə tutur.Parlamentə seçkilərə gəlincə, cari ildə milli parlamentdəki 120 yer uğrunda 17 partiyadan 566 namizəd mübarizə aparır. Daha 35 namizədin müstəqil olaraq seçkilərə qoşulduğu bildirilir. Parlamentdə yer almaq üçün partiyalar 5 faizlik həddi keçməli, namizədlər isə öz dairələrində səsə çoxluğu qazanmalıdırlar.Mütəxəssislərin rəyinə görə, hakim koalisiya (Yeni Zelandiyanın Leyboristlər Partiyası, “Hər şeydən əvvəl Yeni Zelandiya” və “Yaşıllar” partiyası) və Yeni Zelandiya Milli Partiyasının rəhbərlik etdiyi müxalifət bloku favoritlər arasında fərqlənir.Qeyd edək ki, Yeni Zelandiya parlamenti qarışıq sistemlə (ölkə üzrə 11 dairədən və partiya siyahısı ilə) üç il müddətinə gizli səsvermə yolu ilə seçilir. Bu ölkədə əhalinin 3,7 milyonu səs vermək hüququna malikdir. Səsvermədə iştirak etmək üçün seçicilərin 92,4 faizi, təqribən 3 milyon 400 min nəfər qeydiyyatdan keçib. Həmçinin seçicilərin 50 faizi (təqribən 1,7 milyon nəfər) 2020-ci ildə keçirilmiş ümumi seçkilərdə artıq səs verib.Seçki komissiyasının artıq bu gün axşam saatlarında səsvermənin ilkin nəticələrini elan edəcəyi bildirilir. Seçkilərin və referendumun rəsmi yekunu isə noyabrın 6-da elan ediləcək.xeber100.com

Oktyabr 17, 2020 13:39