Qırğızıstan parlamentinin oktyabrın 14-də keçirilən iclasında

14 Oktyabr 2020 13:39

Xəbər 154 dəfə oxunub

Qırğızıstan parlamenti-Joqorku Keneşin oktyabrın 14-də keçirilən iclasında Sadır Japarov ölkənin Baş Naziri kimi təsdiq olunub.Azərtac xəbər verir ki, iclasda hökumətin digər üzvləri, həmçinin hökumətin strukturu, tərkibi və proqramı da təsdiqlənib.Beləliklə, Artyom Novikov Baş Nazirin birinci müavini, Ravşan Sabirov, Maksat Mamıtkanov və Aida İsmailova Baş Nazirin müavinləri, Bakıtbek Asmanbayev nazir statusunda hökumət aparatının rəhbəri seçilib.Sanjar Mukanbekov İqtisadiyyat, Kıyalbek Mukaaşev Maliyyə, Erkinbek Çoduyev Kənd Təsərrüfatı, Yeyinti Sənayesi və Meliorasiya, Bakıt Berdaliyev Nəqliyyat və Yollar, Marat Cumankulov Ədliyyə, Ruslan Kazakbayev Xarici İşlər, Ulan Niyazbekov Daxili İşlər, Boobek Ajikeyev Fövqəladə Hallar, Alımkadır Beyşenaliyev Səhiyyə, Almazbek Beyşenaliyev Təhsil, Uluqbek Koçkorov Əmək və Sosial İnkişaf, Nurjiqit Kadırbekov Mədəniyyət, İnformasiya və Turizm nazirləri vəzifələrini tutublar.Bildirilib ki, Daxili İşlər naziri, Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin sədri və Müdafiə üzrə Dövlət Komitəsinin sədri vəzifələrinə namizədləri prezident təyin edəcək.xeber100.com

İtaliya Parlamentinin Aşağı Palatasında keçirilən səsvermədə

İtaliyada Baş nazir Cüzeppe Konte Parlamentdə keçirilən birinci etimad votumunu qazanıb.Azərtac xəbər verir ki, Parlamentin Aşağı Palatasında keçirilən səsvermədə 321 deputat bitərəf siyasətçini dəstəkləyib, 259 deputat əleyhinə səs verib, 27 deputat isə bitərəf qalıb. Parlamentdə ilk etimad votumunu öz xeyrinə həll edən C.Konte bu gün Senat qarşısına çıxacaq və hazırkı hökumətin fəaliyyətini davam etdirə bilməsi üçün senatorların etimadını qazanmağa çalışacaqdır. Koalisiyalı hökumətdə təmsil olunan “Beş ulduz hərəkatı” və sosial-demokratların (“Partido Democratico”) Aşağı Palata ilə müqayisədə Senatdakı təmsilçilərinin sayı daha azdır və Senatdakı çıxış və müzakirələrin gərgin keçəcəyi gözlənilir.Aşağı Palatadakı çıxışında C.Konte avropayönümlü deputatları onun hökumətinin siyasi kursunu dəstəkləməyə çağırıb. Baş nazir bildirib ki, pandemiyanın hazırkı gərgin mərhələsində İtaliyada hökumət böhranına yer yoxdur.Liberal və mərkəzçi qüvvələrin dəstəyini qazanmaq üçün C.Konte öz çıxışında kabinetin tərkibində dəyişiklik aparılacağını və həmçinin hökumətin fəaliyyət planını yeniləyəcəyini vəd edib. Bildirilib ki, hökumətin əsas hədəfi ölkəni modernləşdirmək və durğunluq keçirən iqtisadiyyatın qısa zamanda dirçəldilməsi üçün tədbirlər planı həyata keçirməkdir.C.Konte hökumət böhranına səbəb olan və ”Viva İtalia” partiyasına rəhbərlik edən Matteo Renzi ilə yeni alyansın qurulacağına dair bütün ehtimal və iddiaları rədd edib.xeber100.com

Yanvar 19, 2021 13:54

İtaliyanın dövlət başçısı ölkə əhalisini vaksinasiya prosesində fəal iştirak etməyə çağırıb

İtaliyanın dövlət başçısı Sercio Mattarella Yeni il münasibətilə televiziya müraciətində italyanları koronavirus pandemiyasına qarşı mübarizədə sıx birləşməyə və koronavirusa qarşı vaksinasiya prosesində fəal iştirak etməyə çağırıb.Azərtac xəbər verir ki, 2021-ci ili koronavirus üzərində qələbə və yeni başlanğıc il adlandıran S.Mattarella peyvənd inadkarları və qərarsız insanların bu məsələdə ümumi rifahı nəzərə almalı olduqlarını ifadə edib.Ötən ilin fevral ayında Avropada epidemiyanın ən sürətlə yayıldığı İtaliya əhalisi və iqtisadiyyatına COVID-19 pandemiyası olduqca baha başa gəlib. Ölkədə indiyədək iki milyondan çox insan virusa yoluxub, 74 min insan virusla əlaqəli və ya birbaşa virusun təsirindən həyatını itirib. Pandemiyanın sosial və iqtisadi nəticələri də kifayət qədər ağır olub. Prezident bildirib ki, ölkədə çox sayda iş yerləri bağlanıb, müəssisələr öz gələcəklərinə görə qorxu keçirirlər, insanların gəlirləri azalıb. Ölkə iqtisadiyyatının bir sıra sektorları, xüsusilə turizm pandemiyadan ən çox əziyyət çəkən sahələrdir.Bununla belə, dövlət başçısı pandemiyadan sonrakı dövr üçün mühüm və ümidverici siqnallara da toxunub. Qeyd edilib ki, Avropa İttifaqının yenidənqurma proqramı çərçivəsində İtaliya iqtisadiyyatına ümumilikdə 209 milyard avro yönləndiriləcək və dekabrın sonunda başlayan vaksinasiya kampaniyası tezliklə epidemioloji vəziyyətdə dönüş yarada biləcək. 79 yaşlı dövlət başçısı vurğulayıb ki, ən yaxın zamanda o da özünə koronavirusa qarşı peyvənd vurduracaq və bu addım digər insanların sağlamlığı naminə hər kəsin üzərinə düşən bir cavabdehlik və öhdəlikdir.Pandemiya üzərində qələbənin İtaliya üçün mühüm olduğunu bildirən S.Mattarella bu ölkə həyatındakı mühüm hadisələrə də toxunub. Həmçinin qeyd edilib ki, 2021-ci ildə İtaliya öz tarixində ilk dəfə G20 ölkələrinə sədarəti həyata keçirəcək və bu dövr ölkə iqtisadiyyatının dirçəlişi üçün yeni təkan ola bilər.xeber100.com

Yanvar 1, 2021 21:44