“Real Madrid” futbol klubu Belçikanın “Brügge” klubu ilə qarşılaşıb

2 Oktyabr 2019 10:24

Xəbər 40 dəfə oxunub

Oktyabrın 1-də futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsinin ikinci turuna start verilib.Azərtac xəbər verir ki, turun erkən başlayan oyunlarından biri çempionluğa iddialı İspaniyanın “Real Madrid” və Belçikanın “Brügge” klubları arasında olub.Görüş gözlənilmədən 2:2 hesabı ilə heç-heçə başa çatıb.Oyunda hesabı erkən qolla qonaqlar açıb. Matçın doqquzuncu dəqiqəsində Emmanuel Dennis fərqlənib. Qoldan 30 dəqiqə sonra E.Dennis yenidən fərqlənib.Birinci hissə 2:0 hesabı ilə qonaqların xeyrinə başa çatıb.Fasilədən sonra madridlilər qollardan birinin əvəzin çıxıblar. Serxio Ramos Kərim Benzemanın cinah ötürməsindən sonra qapıya dəqiq baş zərbə vurub – 1:2.Matçın 84-cü dəqiqəsində “Brügge” azlıqda qalıb. İkinci sarı vərəqəsini alan Rud Vormer meydandan kənarlaşdırılıb.Məğlub olmamaq üçün irəli atılan “Real Madrid” oyunun başa çatmasına dörd dəqiqə qalmış hesabı bərabərləşdirməyə nail olub. Kazemiro adını tabloya yazdırıb – 2:2.Qalan dəqiqələrdə “Real Madrid” cəhdlərinə baxmayaraq hesab dəyişilməyib. Beləliklə, “Real Madrid” ardıcıl iki dəfə qələbə qazana bilmir. Belə ki, ispanlar ilk turda Fransanın “Paris Sen-Jermen” klubuna səfərdə böyük hesabla məğlub olmuşdu- 3:0“Brügge” isə öz meydanında Türkiyənin “Qalatasaray” komandası ilə heç-heçə edib.Günün digər erkən başlayan oyununda “Atalanta” (İtaliya) öz meydanında “Şaxtyor” (Ukrayna) klubuna 2:1 hesabı ilə məğlub olub.xeber100.com

 

2020-ci il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində

Oktyabrın 13-də futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi növbəti oyununu keçirəcək.Azərtac xəbər verir ki, E qrupunda yer alan komandamız səfərdə Macarıstan yığmasının qonağı olacaq. Budapeştdə, "Groupama Arena"da baş tutacaq oyun Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.Görüşü Hollandiyadan olan hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Dennis Higler olacaq. Ona həmyerliləri Yohan Balder və Yoost van Zuylen kömək edəcəklər. Bas Niyhuys isə dördüncü hakim funksiyasını yerinə yetirəcək. Görüşün hakim-inspektoru Miroslav Liba (Çexiya), UEFA nümayəndəsi isə Ariel Kennet Şayman (İsrail) olacaq.Hazırda E qrupunda Macarıstan 9 xalla 3-cü, Azərbaycan 1 xalla 5-ci pillədə qərarlaşıb.Hər iki komanda matça itkilərlə çıxacaq. Azərbaycan yığmasında Maksim Medvedev, Anton Krivotsyuk və Dmitri Nazarov cəzalı, Səlahət Ağayev və Mahir Emreli zədəlidirlər. Əvəzində Bəhreynə 3:2 hesabı ilə qalib gəldikləri yoldaşlıq görüşündə çıxış etməyən Qara Qarayev və Pavel Paşayev artıq formadadırlar. Komandanı kapitan sarğısı ilə matça məhz Qarayev çıxaracaq.Macarıstan millisində isə Laslo Klyaynhaysler cəzalı olduğu üçün oynamayacaq. Komanda üçün ən böyük cəza isə əvvəlki matçlarda irqçi davranışları səbəbindən azarkeşlərin stadiona girməsinə qadağa qoyulmasıdır. Bu səbəbdən matçı tribunalardan yalnız 14 yaşadək təxminən 15 min uşaq izləyəcək.xeber100.com

Oktyabr 13, 2019 15:01