“Rizəspor” futbol komandası “Başakşəhər”in qonağı olub

28 Sentyabr 2019 17:58

Xəbər 308 dəfə oxunub

Sentyabrın 27-də futbol üzrə Türkiyə Superliqasının VI turunun ilk qarşılaşmasında “Rizəspor” səfərdə “Başakşəhər”in qonağı olub.Azərtac xəbər verir ki, “Fateh Terim” stadionunda baş tutan görüş maraqlı hücumları ilə yadda qalıb. Görüşdə hesabı ilk hissənin 19-cu dəqiqəsində İstanbul klubunun hücumçusu Daniyel Aleksis açıb. Meydan sahibləri 33-cü dəqiqədə bir daha fərqləniblər. Fredrik Gulbrandsen hesabı ikiyə çatdırıb. Birinci hissə elə bu hesabla bitib. İkinci hissənin 73-cü dəqiqəsində Daniyel Aleksis özünün ikinci, komandasının isə üçüncü qolunu vurub. “Başakşəhər” 87-ci dəqiqədə hesab arasındakı fərqi dördə çatdırıblar. Enzo Kriveli çərçivəni dəqiq nişan alıb. Lakin bu da oyunda son qol olmayıb. İstanbullular 91-ci dəqiqədə İrfan Qəhvəcinin qolu ilə hesabı 5:0 çatdırıblar. Beləliklə “Başakşəhər” doğma meydanda “Rizəspor”u darmadağın edib. Bu oyundan sonra “Başakşəhər” çempionatda 8 xalla 6-cı pillədə qərarlaşıb.Turun digər qarşılaşmaları bu gün və sentyabrın 29-30-da keçiriləcək.xeber100.com

2020-ci il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində

Oktyabrın 13-də futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi növbəti oyununu keçirəcək.Azərtac xəbər verir ki, E qrupunda yer alan komandamız səfərdə Macarıstan yığmasının qonağı olacaq. Budapeştdə, "Groupama Arena"da baş tutacaq oyun Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.Görüşü Hollandiyadan olan hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Dennis Higler olacaq. Ona həmyerliləri Yohan Balder və Yoost van Zuylen kömək edəcəklər. Bas Niyhuys isə dördüncü hakim funksiyasını yerinə yetirəcək. Görüşün hakim-inspektoru Miroslav Liba (Çexiya), UEFA nümayəndəsi isə Ariel Kennet Şayman (İsrail) olacaq.Hazırda E qrupunda Macarıstan 9 xalla 3-cü, Azərbaycan 1 xalla 5-ci pillədə qərarlaşıb.Hər iki komanda matça itkilərlə çıxacaq. Azərbaycan yığmasında Maksim Medvedev, Anton Krivotsyuk və Dmitri Nazarov cəzalı, Səlahət Ağayev və Mahir Emreli zədəlidirlər. Əvəzində Bəhreynə 3:2 hesabı ilə qalib gəldikləri yoldaşlıq görüşündə çıxış etməyən Qara Qarayev və Pavel Paşayev artıq formadadırlar. Komandanı kapitan sarğısı ilə matça məhz Qarayev çıxaracaq.Macarıstan millisində isə Laslo Klyaynhaysler cəzalı olduğu üçün oynamayacaq. Komanda üçün ən böyük cəza isə əvvəlki matçlarda irqçi davranışları səbəbindən azarkeşlərin stadiona girməsinə qadağa qoyulmasıdır. Bu səbəbdən matçı tribunalardan yalnız 14 yaşadək təxminən 15 min uşaq izləyəcək.xeber100.com

Oktyabr 13, 2019 15:01