Rusiya Prezidenti Gürcüstana sanksiyaların tətbiq olunmasına qarşı çıxıb

9 İyul 2019 16:40

Xəbər 66 dəfə oxunub

Rusiya Prezidenti Vladimir Putin Gürcüstana sanksiyaların tətbiq olunmasına qarşı çıxıb.Azərtac bu barədə Rusiya KİV-lərinə istinadla xəbər verir. “Mən bunu məhz gürcü xalqına hörmətimə görə etməzdim”, – deyə Rusiyanın dövlət başçısı jurnalistlərə bildirib.Bir qədər əvvəl Rusiya parlamentinin aşağı palatası Gürcüstana qarşı məhdudiyyət tədbirlərinin tətbiq edilməsi təşəbbüsü ilə çıxış edib. Buna, “Rusiya əleyhinə bitmək bilməyən təxribatlar” səbəb olub.Prezident, həmçinin onu təhqir edən gürcü jurnalistə qarşı cinayət işinin açılması məsələsinə də münasibət bildirib. “Hər hansı cinayət işinin açılması ona şərəf gətirərdi. Qoy yayımını davam etdirsin”, – deyə Putin əlavə edib.Xatırladaq ki, iyulun 7-də Gürcüstanın Rustavi-2 telekanalının aparıcısı Georgi Qabuniya özünün müəllif proqramında Rusiya Prezidenti Vladimir Putinin və valideynlərinin ünvanına təhqiredici ifadələr səsləndirib.Moskva və Tbilisi arasında gərgin münasibətlər davam edir. Bu yaxınlarda Gürcüstanda Rusiya əleyhinə keçirilən aksiyalar iki ölkə arasında aviasiya əlaqəsinin dayanmasına səbəb olub.xeber100.com

Nüvə reaktorunun inşası müzakirə ediləcək

Sentyabrın 14-də ABŞ-ın Enerji naziri Rik Perri ilə Səudiyyə Ərəbistanın yeni Enerji naziri, şahzadə Əbdüləziz bin Salman arasında Krallığın ərazisində nüvə reaktorunun inşasının müzakirə edilməsi gözlənilirdi. Lakin ABŞ rəsmiləri bu gün bəyan ediblər ki, görüş Beynəlxalq Atom Enerjisi Agentliyinin gələn həftə Vyanada keçiriləcək iclası çərçivəsində baş tutacaq. Rik Perri sentyabrın 14-də keçirdiyi mətbuat konfransında bəyan edib ki, səudiyyəli həmkarı ilə nüvə reaktorunun inşası məsələsini müzakirə edəcək.Azərtac CNN telekanalının saytına istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanı bugünədək uranın zənginləşdirilməsi və plutoniumun təkrar emalı üzrə tədqiqatların aparılmasına səy göstərib. Əbdüləziz bin Salman bildirib ki, onun ölkəsi bu məqsədlə xüsusi proqram hazırlayıb və ABŞ ilə müvafiq sazişin şərtlərini, habelə Amerika şirkətlərinin bu prosesdə rolunu qiymətləndirir. Ötən həftə bəyanatla çıxış edən vəliəhd şahzadə Məhəmməd bin Salman isə vurğulayıb ki, Səudiyyə Ərəbistanı nüvə silahına malik olmaq istəmir, lakin onun regiondakı rəqibi İranın bu silahı əldə edəcəyi təqdirdə həmin variantı da nəzərdən keçirəcək.İranla bağlı məsələyə toxunan Rik Perri bəyan edib ki, ABŞ İranın neft ixracına qarşı sərt sanksiyaların tətbiq edilməsini davam etdirəcək. “İran dünyanın yaxşı vətəndaşı olmağın qaydalarını yaxşı bilir, amma bugünkü davranışlarını davam etdirsə, o zaman Birləşmiş Ştatlar daha sərt və ciddi tədbirlərə əl atacaq”, -deyə amerikalı nazir əlavə edib.xeber100.com

Sentyabr 14, 2019 22:17