Şəhərlərarası müntəzəm avtobus marşrutu üzrə ilk reys həyata keçiriləcək

15 İyun 2022 16:45

Xəbər 32 dəfə oxunub

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti işğaldan azad edilmiş ərazilərə sərnişindaşımanın təhlükəsizliyi nəzərə alınmaqla ən çox ehtiyac duyulan istiqamətlər üzrə müntəzəm avtobus marşrutlarının yaradılması ilə bağlı işləri davam etdirir. Qarabağ bölgəsinə sərnişindaşıma fəaliyyətinin genişləndirilməsi çərçivəsində iyunun 25-dən etibarən Bakı – Füzuli – Bakı şəhərlərarası müntəzəm avtobus marşrutu istifadəyə verilir.Bu barədə Azərtac-a nazirlikdən məlumat verilib. Bildirilib ki, daşımaların təhlükəsizliyinin və fasiləsizliyinin təmin edilməsi məqsədilə təyinat məntəqələrinə və yol infrastrukturuna Prezidentin Qarabağ iqtisadi rayonu üzrə xüsusi nümayəndəliyi və Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin əməkdaşları baxış keçiriblər. Marşrut üzrə müvafiq qiymətləndirmə aparılıb, hərəkət sxemi hazırlanıb və dayanacaq yerləri müəyyən olunub. Həmçinin Dövlət Avtomobil Nəqliyyatı Xidməti daşıyıcıların müəyyən olunması üçün “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli Qərarı”na uyğun olaraq, 2022-ci il aprelin 6-da “Bakı – Füzuli – Bakı” şəhərlərarası müntəzəm avtobus marşrutu ilə bağlı müsabiqə elan edib. Müsabiqə mayın 12-də keçirilib və fiziki şəxs Xaliq Rüstəmov komissiya üzvləri tərəfindən qalib elan olunub. Daşıyıcı qismində sərnişindaşıma fəaliyyəti göstərməsi üçün mayın 20-də onunla “Avtomobil nəqliyyatı ilə marşrut üzrə sərnişindaşıma xidmətlərinin göstərilməsi haqqında” müqavilə bağlanılıb.Reyslər həftədə bir dəfə olmaqla, şənbə günləri təşkil ediləcək. İlkin mərhələdə sərnişinlər Merdinli kənd məscidi, Füzuli şəhər mərkəzi və Füzuli Beynəlxalq Hava Limanını ziyarət edə biləcəklər. Növbəti mərhələdə isə İbə piri, Qaraməmmədli bulağı, Qarğabazar Karvansaray kompleksi və Dövlətyarlı kəndinə də (Ağıllı kənd) getmək mümkün olacaq. Dini, mədəni və tarixi abidələri ziyarət edərkən vətəndaşları bələdçilər müşayiət edəcəklər.Bilet satışı onlayn qaydada həyata keçiriləcək.

İyun 15, 2022 16:45

15-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgisi keçirilir

Mayın 18-də Bakı Ekspo Mərkəzində 15-ci Yubiley Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı (Caspian Agro 2022) və 27-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi (InterFood Azerbaijan) sərgiləri işə başlayıb.Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov, kənd təsərrüfatı naziri İnam Kərimov, Türkiyənin kənd təsərrüfatı və meşə naziri Vahid Kirişçi, İsrailin kənd təsərrüfatı və kənd yerlərinin inkişafı naziri Oded Forer, Gürcüstanın ətraf mühit və kənd təsərrüfatı nazirinin müavini George Xanişvili və digər ölkələrin rəsmi şəxsləri “Caspian Agro 2022” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar.Baş nazirə məlumat verilib ki, “Caspian Agro” Azərbaycanda kənd təsərrüfatı sahəsində ən böyük beynəlxalq sərgidir. Rekord sayda milli və regional stendlərin nümayiş olunduğu builki sərgilərdə 101-i yerli, 348-i xarici şirkət olmaqla ümumilikdə 24 ölkədən 449 şirkət iştirak edir. Sərgi Azərbaycan Respublikasının aqrar-sənaye kompleksində mütərəqqi texnologiyaların tətbiqi, kənd təsərrüfatı sahəsinin yerli və xarici mütəxəssisləri arasında təcrübə mübadiləsi, qarşılıqlı faydalı işgüzar əlaqələrin gücləndirilməsi üçün bazarda praktiki vasitə kimi özünü doğruldub. Sərgi kənd təsərrüfatı sektorunun ən əsas iştirakçılarını, yerli və xarici mütəxəssisləri, aralarında idxalçılar, ixracatçılar, distribütorlar, topdan və pərakəndə satış təmsilçiləri, eləcə də fermerlərin yer aldığı minlərlə peşəkar ziyarətçini bir araya gətirib.Bu il “Caspian Agro” sərgisi “ağıllı kənd”, süni intellekt, IT xidmətləri, pilotsuz uçuş aparatları (dronlar) kimi bölmələri əhatə edən “Smart Agro” istiqamətini təqdim edir. Sərgi çərçivəsində “Smart Agro: Kənd təsərrüfatında innovasiyaların təbliği” mövzusunda konfrans keçirilib. Sərgidə “Smart Agro” çərçivəsində artıq icrasına başlanan və eləcə də işğaldan azad edilmiş Qarabağda həyata keçirilməsi planlaşdırılan layihələr təqdim olunub.Qeyd edək ki, hər il təşkilatçılar regionlardan gələn fermerlər üçün sərgi üzrə turlar təşkil edirlər. Bu tədbir çərçivəsində fermerlər ən son sənaye yenilikləri ilə tanış ola bilirlər. Bu il 40-a yaxın rayondan fermerlər üçün turlar təşkil olunub.15-ci Yubiley Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro 2022” və 27-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan 2022” sərgilərində Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə qida sənayesi və kənd təsərrüfatı sahələrində fəaliyyət göstərən mikro və kiçik sahibkarlıq subyektləri öz məhsul və xidmətlərini təqdim edirlər.“Caspian Agro 2022” və “InterFood Azerbaijan 2022” sərgiləri Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin aktiv dəstəyi və iştirakı ilə keçirilir. Sərgilər Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Qida Təhlükəsizliyi Agentliyi, Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası, Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi - AZPROMO, Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası tərəfindən dəstəklənir.Sərgilər mayın 20-də başa çatacaq.xeber100.com

May 18, 2022 14:31

“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi ilə bağlı müzakirə aparılacaq

Rusiyanın Baş nazirinin müavini, Rusiya-İran Hökumətlərarası İqtisadiyyat və Ticarət sahələrində Əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Aleksandr Novak gələn həftə Tehrana səfər edəcək.Bu barədə məlumatı İranın xarici işlər nazirinin beynəlxalq iqtisadi məsələlər üzrə müavini Mehdi Səfəri verib. O bildirib ki, A. Novak İranın birinci vitse-prezidenti Məhəmməd Muhbir ilə görüşəcək. Görüşdə turistlər üçün viza rejiminin qarşılıqlı olaraq sadələşdirilməsi, iki dövlət arasındakı maliyyə, neft-qaz, tranzit və nəqliyyat sahələri üzrə əməkdaşlıq məsələləri müzakirə ediləcək.Müzakirələr zamanı “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin formalaşması istiqamətində atılan addımlara və bu dəhlizin əsas seqmenti olan Rəşt-Astara dəmir yolunun inşasına da toxunulacaq.Nəzərə çatdıraq ki, Rəşt-Astara yolu artıq istifadəyə verilən Qəzvin-Rəşt dəmir yolunun davamıdır. “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi ilə Cənub-Şərqi Asiya və körfəz ölkələrindən Avropaya, həmçinin əks istiqamətə yola salınan yüklər İranın Bəndər-Abbas və Çabahar limanlarından Qəzin-Rəşt-Astara (İran) – Astara (Azərbaycan) dəmir yolu ilə daşınacaq.Mütəxəssislər hesab edir ki, dəmir yolu tam istifadəyə verildikdən sonra birinci il 4,5 milyon ton yük və 250 min sərnişin daşınacaq. Yol 10 ildən sonra 11 milyon ton yük və 500 min sərnişin daşımaq imkanına malik olacaq. Rəşt-Astara dəmir yolunun uzunluğu 160 kilometrdir. Hazırda yolun tikintisi davam edir.xeber100.com

May 8, 2022 18:55