Sərnişin qatarlarının hərəkəti bərpa olunub

15 İyun 2020 23:03

Xəbər 623 dəfə oxunub

Gürcüstanda sərnişin qatarlarının hərəkəti iyunun 15-dən bərpa olunub.Azərtac xəbər verir ki, “Gürcüstan Dəmir Yolları” Səhmdar Cəmiyyəti iyunun 10-dan bilet satışına başlayıb.Sərnişin qatarları Tbilisi-Batumi, Tbilisi-Ozurqeti, Tbilisi-Poti, Tbilisi-Zuqdidi və Tbilisi-Kutaisi marşrutlarında günorta saatlarında hərəkət edəcək. Biletlərin qiyməti dəyişməyib.Sərnişinlər qatara daxil olmazdan əvvəl termovizordan keçəcək və əllərini dezinfeksiya edəcəklər. Bütün vaqonlarda dezinfeksiya maddələri olacaq. Sərnişinlər vaqonlarda yenə yanaşı oturacaqlar. Ancaq artıq sərnişinlərin vaqonlarda maskasız olmasına icazə verilməyəcək. Səfər ərzində maska çıxarılmamalıdır. Sərnişinlərə qatarda qəzet, kitab və jurnal paylanması, qulaqcıq verilməsi qadağan edilib.Biletləri ancaq mobil tətbiqlər vasitəsilə əldə etmək mümkündür.Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar Gürcüstanda qatarla sərnişin daşınması martın 31-dən qadağan edilib.Gürcüstanda şəhərlərarası avtobus səfərlərinə iyunun 8-dən icazə verilib.xeber100.com

COVID-19-la əlaqədar işıqfor xəbərdarlıq sistemi tətbiq ediləcək

Avstriyada koronavirus pandemiyasına qarşı uğurlu nəticələr əldə edildikdən və buna görə də məhdudiyyətlərin əksər qismi aradan qaldırıldıqdan sonra ölkədə yoluxma halları yenidən artmağa başlayıb.Azərtac xəbər verir ki, Avstriyanın Federal Səhiyyə naziri Rudolf Anşober əhalini yoluxma hallarının vəziyyəti ilə bağlı məlumatlandırmaq üçün işıqfor xəbərdarlıq sistemi tətbiq ediləcək. Qış idman növlərinin sevildiyi Alp ölkəsinin sakinləri belə bir sistemi dağlarda qar uçqunları təhlükəsi ilə əlaqədar yaxşı tanıyırlar. Nazir qeyd edib ki, dörd pillədən (yaşıl, sarı, narıncı və qırmızı) ibarət “koronavirus işıqforu" həm ümumölkə səviyyəsində, həm də ayrı-ayrı federal əyalətlər üzrə yoluxmanın vəziyyətini əks etdirəcək. Sentyabr ayınadək tam şəkildə tətbiqi başa çatmalı olan sistem əsasında əhali yoluxma təhlükəsinin harada daha yüksək olduğunu biləcək.R.Anşober payız aylarının pandemiyanın yenidən vüsət götürməsi ilə bağlı həssas dövr olduğunu qeyd edərək, həm işıqfor sisteminin, həm də digər preventiv addımların həmin dövrədək işlək vəziyyətə gətirilməli olduğunu ifadə edib. Hazırda işıqfor sistemi elmi əsaslar və meyarlarla koronavirus infeksiyasının yayılması vəziyyətinə uyğunlaşdırılır. İşıqforun rəngləri, eyni zamanda, rəsmi qurumlara hansı regionda məhdudlaşdırıcı tədbirlərin sərtləşdirilməli və ya yüngülləşdirilməli olduğunda da kömək edəcək.xeber100.com

İyul 4, 2020 22:12

“Boeing” kompaniyası MCAS sertifikasiya çərçivəsində

ABŞ-ın Federal Mülki Aviasiya İdarəsi və “Boeing” kompaniyası 737 MAX modelinin MCAS (Maneuvering Characteristics Augmentation System – Manevr xarakteristikasını yaxşılaşdırma sistemi) sertifikasiya çərçivəsində uçuş sınaqlarını başa çatdırıb.Azərtac ABŞ-ın aviasiya tənzimləyicisinin saytına istinadla xəbər verir ki, bu həftə baş tutan üç günlük test zamanı qurumun pilotları və mühəndisləri “Boeing” kompaniyasının təyyarənin uçuşunun avtomatlaşdırılmış idarə sistemi ilə bağlı dəyişikliklərini sınaqdan keçirib.“Sınaq uçuşlarının həyata keçirilməsi əsas mərhələdir, lakin əldə edilən məlumatların qiymətləndirilməsi də daxil olmaqla, bir sıra mühüm məsələyə aydınlıq gətirilməlidir”, - deyə saytda yerləşdirilən bəyanatda bildirilir.Federal Mülki Aviasiya İdarəsinin sınaqların nəticələrini nə vaxt elan edəcəyi məlum deyil. “Boeing 737 MAX” təyyarələrinin istifadəsinə yalnız ekspertlərin laynerin sertifikasiya standartlarına cavab verdiyi barədə rəyindən sonra icazə veriləcək.Xatırladaq ki, “Ethiopian Airlines” aviakompaniyasına məxsus “Boeing 737-MAX” təyyarəsi 2019-cu il martın 10-da qəzaya uğramışdı. Qəza nəticəsində təyyarənin göyərtəsindəki 157 sərnişin, o cümlədən 8 ekipaj üzvü həlak olmuşdu. Bundan bir müddət əvvəl - 2018-ci il oktyabrın 29-da isə İndoneziyanın “Lion Air” aviakompaniyasına məxsus eyni modelli təyyarənin qəzaya uğraması nəticəsində 181 sərnişin və 8 ekipaj üzvü həyatını itirmişdi.“Boeing” kompaniyası qəzaya uğramış hər iki təyyarənin MCAS sisteminin işində nasazlıq olduğunu etiraf edib. Bundan sonra ABŞ və Avropa İttifaqı dövlətləri də daxil olmaqla, bir çox ölkə bu modelli təyyarələrdən istifadəni dayandırıb.xeber100.com

İyul 2, 2020 13:25

Koronavirusun ikinci dalğasının başlanması elan edilib

Təxminən bir aydan sonra İsrail COVID-19-a minlərlə yeni yoluxma və yüzlərlə ölüm halı ilə qarşılaşa bilər. Bunu pandemiya barədə məlumatı əlaqələndirən hərbi orqanda bəyan ediblər.Azərtac xəbər verir ki, İsraildə koronavirus epidemiyasının ikinci dalğasına başlanıb. İyunun 20-də “The Times of Israel” nəşrinin verdiyi məlumata əsasən, bu barədə COVID-19-la mübarizə üzrə milli məlumat mərkəzinin hesabatında bildirilir. Hərbi Kəşfiyyat İdarəsinin nəzdində yaradılmış bu mərkəz ölkənin Səhiyyə Nazirliyi ilə birgə fəaliyyət göstərir.Kəşfiyyat orqanının fikrincə, epidemiyanın artması ona gətirib çıxaracaq ki, iyul ayında minlərlə yeni yoluxma və yüzlərlə ölüm halı qeydə alınacaq. Hesabat müəllifləri qeyd edirlər ki, xəstəliyin indiki potensial artımı ümummilli karantinin yenidən tətbiqi təhlükəsini yaradır.Hərbi Kəşfiyyat İdarəsində və Səhiyyə Nazirliyində vətəndaşların maska taxmaq və digər koronavirus profilaktikası tədbirlərinə ciddi yanaşmamalarından narahatdırlar.Son günlər sutka ərzində yeni yoluxanların sayı 200-300 arası olur, halbuki may ayında bu göstərici 20-dək azalmışdı.“Ynet” nəşri bildirir ki, ölkənin Səhiyyə Nazirliyi iyunun 21-də bütün ixtisaslaşdırılmış şöbələrin yenidən COVID-19 xəstələrinin qəbulu üçün açılmasına hazır olduqlarını elan edib.“Jerusalem Post” qəzetinin yaydığı məlumatda isə deyilir ki, Baş Nazir Binyamin Netanyahu iyunun 21-də xəbərdar edib: maska taxılması və sosial məsafəyə riayət olunması tələbləri kütləvi şəkildə pozulacağı təqdirdə hökumət tamamilə lokdaun tətbiq etməyə hazırdır.Xatırladaq ki, COVID-19 koronavirus infeksiyası 2019-cu ilin sonunda Çində baş qaldırıb. 2020-ci il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı koronavirusun yayılmasını pandemiya elan edib.Amerikanın Cons Hopkins Universitetinin məlumatına görə, dünyada bu xəstəliyə yoluxanların ümumi sayı 8,97 milyon nəfəri keçib. Onlardan 468,8 mini vəfat edib.xeber100.com

İyun 23, 2020 13:47

Gürcüstan parlamenti təklif olunan dəyişiklikləri qəbul edib

Gürcüstan parlamenti iyunun 21-də ölkənin seçki sisteminin təkmilləşdirilməsi ilə əlaqədar konstitusiyaya təklif olunan dəyişiklikləri birinci oxunuşda qəbul edib.Azərtac xəbər verir ki, iclasda 136 deputat layihənin lehinə, 5 deputat isə əleyhinə səs verib.Qanun layihəsində bildirilib ki, 2020-ci ilin oktyabrın 31-də reallaşacaq parlament seçkiləri qarışıq sistem üzrə keçiriləcək və qanunverici orqana 120 deputat proporsional, 30 deputat isə majoritar sistem üzrə seçiləcək.Proporsional seçkilər 1 faizlik seçki baryeri ilə keçiriləcək.Sənəddə qeyd olunub ki, seçkilərdə proporsional sistem üzrə 40,54 faizdən az səs toplayan partiya və ya siyasi blok hökumətin formalaşdırılmasında müstəqil olaraq iştirak edə bilməyəcək.Qanun layihəsinə əsasən, parlament seçkilərində iştirak etmək istəyən partiya 5000 seçicinin imzasını təqdim etməlidir.Son parlament və yerli idarəetmə orqanlarına seçkilərdə iştirak edən və proporsional olaraq ən azı 15 min səs qazanan partiya və ya bloklar, həmçinin 2018-ci ildə prezident seçkilərində namizəd irəli sürən və ən azı 15 min səs toplayan partiyalar həmin sayda imza verməkdən azaddır.Sənəddə vurğulanıb ki, 2024-cü ilə qədər növbədənkənar seçkilərin keçiriləcəyi halda, qanun layihəsində nəzərdə tutulan müvəqqəti seçki sistemi qüvvədə olacaq.xeber100.com

İyun 21, 2020 11:42