Şərqi Avropa Zonal Assosiasiyasının çempionatı davam edir

27 Noyabr 2019 10:38

Xəbər 98 dəfə oxunub

Tbilisidə 16 yaşadək qız voleybolçular arasında Şərqi Avropa Zonal Assosiasiyasının (EEVZA) çempionatı davam edir.Azərtac xəbər verir ki, çempionatda 9 ölkənin milli komandası mübarizə aparır.Millimiz A qrupunda Gürcüstan, Latviya, Rusiya və Ukrayna yığmaları ilə birgə yer alıb. B qrupunda isə Belarus, Estoniya, Litva və Polşa seçmələri yarışırlar.Yığmamız turnirdə növbəti oyununu keçirib. Rusiya ilə qarşılaşan komandamız 0:3 hesabı ilə məğlub olub.Millimiz ilk oyununda Ukraynaya 0:3, növbəti qarşılaşmada isə Gürcüstana 1:3 hesabı ilə uduzub.Yarışın reqlamentinə əsasən, çempion Monteneqroda keçiriləcək Avropa çempionatının finalına vəsiqə əldə edəcək.xeber100.com