Şərqi Avropa Zonal Assosiasiyasının çempionatı keçirilib

30 Noyabr 2019 20:00

Xəbər 100 dəfə oxunub

Tbilisidə 16 yaşadək qız voleybolçular arasında Şərqi Avropa Zonal Assosiasiyasının (EEVZA) çempionatı keçirilib.Azərtac xəbər verir ki, yarışda Gürcüstan, Latviya, Rusiya, Ukrayna və Azərbaycan milliləri A, Belarus, Estoniya, Latviya, Polşa komandaları isə B qrupunda mübarizə aparıblar.“Avro 2020”yə seçim xarakteri daşıyan çempionat Rusiya voleybolçularının qələbəsi ilə yekunlaşıb və komanda Avropa çempionatına vəsiqə qazanıb. Qrup mərhələsində maksimum nəticə göstərən şimal qonşularımız həlledici görüşdə Polşadan güclü olublar – 3:0. Üçüncü yer uğrunda matçda isə Ukrayna və Belarus milliləri üz-üzə gəliblər. Daha güclü olan Belarus millisi 3:2 hesabı ilə qələbə qazanaraq bürünc medala yiyələnib.Qeyd edək ki, A qrupunda oynayan komandamız Rusiya, Ukrayna, Latviya və Gürcüstanla qüvvəsini sınayıb və bütün görüşləri məğlub başa vurub.xeber100.com