Səudiyyə Ərəbistanı yığması ilə oyunda Argentina millisi məğlub olub

23 Noyabr 2022 10:12

Xəbər 85 dəfə oxunub

Lionel Messi Argentina millisinin tarixinə düşüb.35 yaşlı hücumçu buna Qətərdə keçirilən dünya çempionatında Səudiyyə Ərəbistanı ilə matçda fərqlənməklə nail olub.Forvard Argentina yığmasının heyətində 4 mundialda (2006-cı, 2014-cü, 2018-ci və 2022-ci il) qol vuran ilk oyunçu adına sahib çıxıb.Messi Dieqo Maradona (1982-ci, 1986-cı, 1994-cü il) və Qabriel Batistutanın (1994-cü, 1998-ci və 2002-ci il) rekordunu geridə qoyub.Qeyd edək ki, Səudiyyə Ərəbistanı yığması ilə oyunda Argentina millisi 1:2 hesabı ilə məğlub olub.xeber100.com