“Sabah” futbol klubu heyətinə yeni oyunçu cəlb edib

29 İyun 2020 11:21

Xəbər 280 dəfə oxunub

Bakının “Sabah” futbol klubu heyətinə yeni oyunçu cəlb edib.Azərtac xəbər verir ki, Bakı təmsilçisi Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının qapıçısı Nicat Mehbalıyevlə üçillik müqavilə bağlayıb.On doqquz yaşlı qapıçı karyerası ərzində “Qarabağ” və “Sumqayıt” klublarında çıxış edib.Qeyd edək ki, “Sabah” daha əvvəl Amin Seydiyev, İdris İnqilablı, Samir Məhərrəmli və Slavik Alxasovu heyətinə qatıb.xeber100.com