“Sabah” futbol klubu yeni legioner transfer etmək niyyətindədir

30 İyul 2020 18:37

Xəbər 636 dəfə oxunub

Bakının “Sabah” futbol klubu yeni legioner transfer etmək niyyətindədir.Azərtac xəbər verir ki, paytaxt klubunun Nikola Vuyadonoviçin keçidi ilə bağlı məsələləri həll etdiyi bildirilir. Monteneqrolu futbolçunun avqustun 5-dək “Sabah”ın düşərgəsində olacağı gözlənilir. Müdafiəçi ilə birillik müqavilə imzalanacaq.Futbolçunun sonuncu komandası Sloveniyada “Domjale” olub. O, karyerası ərzində İspaniyanın “Osasuna”, Polşanın “Lex”, Avstriyanın “Şturm” klublarının uğurları üçün çalışıb.xeber100.com