“Sabah”ın futbolçusu Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib

30 Noyabr 2022 15:07

Xəbər 54 dəfə oxunub

“Sabah”ın futbolçusu Davit Volkov Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib. Gürcüstanlı hücumçunun yubileyi Azərbaycan Premyer Liqasının XV turuna təsadüf edib. “Turan Tovuz”la səfər görüşündə sonradan meydana çıxan legioner 100-cü qarşılaşmasını keçirib. Onun hesabında 30 qol var.D.Volkov Premyer Liqada 2019-cu ilin əvvəlində debüt edib. O, “Qəbələ”də 27 (7 qol), “Zirə”də 58 (20 qol) və “Sabah”da 15 (3 qol) oyun keçirib.Qeyd edək ki, “Sabah” səfər matçında 1:0 hesablı qələbə qazanıb.xeber100.com