Şahmat üzrə dördüncü turun oyunları keçiriləcək

21 Mart 2020 12:21

Xəbər 29 dəfə oxunub

Rusiyanın Yekaterinburq şəhərində şahmat üzrə iddiaçılar turnirində bir gün istirahətdən sonra – martın 21-də dördüncü turun oyunları keçiriləcək.Azərtac xəbər verir ki, səkkiz şahmatçının mübarizə apardığı turnirin dördüncü turunda rusiyalı şahmatçılar Yan Nepomnyaşi amerikalı Fabiano Karuana, Kiril Alekseyenko çinli Hao Yanq, Aleksandr Qrişuk fransalı Maksim Vaşe-Laqrav ilə mübarizə aparacaqlar. Çinin digər təmsilçisi Liren Dinq Niderland təmsilçisi Aniş Giri ilə qarşılaşacaq.Üç turun nəticəsinə görə, H.Yanq, M.Vaşe-Laqrav, Y.Nepomnyaşı 2, A.Qrişuk, F.Karuana 1,5, K.Alekseenko, A.Giri, L.Dinq 1 xal toplayıblar.On dörd turdan ibarət turnirə aprelin 3-də yekun vurulacaq.Ötən il keçirilmiş dünya kubokunun sahibi kimi iddiaçılar turnirinə vəsiqə qazanan Teymur Rəcəbovun bu nüfuzlu turnirdə iştirakı alınmayıb. Şahmatçımızın koronavirusla əlaqədar turnirin tarixə salınması barədə təklifi FIDE tərəfindən qəbul olunmadığından o, iştirakdan imtina edib.xeber100.com