Şahmat üzrə “FIDE Grand Swiss 2019” turniri başa çatıb

22 Oktyabr 2019 10:29

Xəbər 38 dəfə oxunub

Böyük Britaniyanın Men adasında şahmat üzrə “FIDE Grand Swiss 2019” turniri başa çatıb.Azərtac xəbər verir ki, son turda şahmatçılarımız Nicat Abbasov ABŞ təmsilçisi Jefferi Sionq, Rauf Məmmədov türkiyəli Mustafa Yılmaz, Eltac Səfərli yunanıstanlı İoannis Papaioannou ilə heç-heçə ediblər. Komandamızın digər üzvü Vasif Durarbəyli isə amerikalı Qata Kamskiyə məğlub olub.Turnirdə təmsilçilərimizdən ən yüksək nəticə N.Abbasova məxsusdur. O, 11 mümkün xaldan 6,5 xal toplayaraq 15-ci yeri tutub. Digər şahmatçılarımız R.Məmmədov 5,5 xalla 60-cı, E.Səfərli eyni xalla 65-ci, V.Durarbəyli isə 5 xalla 109-cu pillədə qərarlaşıb. Turnirin qalibi 8 xalla çinli şahmatçı Hao Yanq olub. O, eyni zamanda 2020-ci ildə keçiriləcək iddiaçılar turnirinə vəsiqə əldə edib. Onunla eyni xala malik olan Fabiano Karuana ikinci, rusiyalı Kiril Alekseenko 7,5 xalla üçüncü yeri tutublar.xeber100.com

Avropa çempionatının seçmə mərhələsi çərçivəsində

Futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan və Uels milli komandalarının qarşılaşması başlayıb.Azərtac xəbər verir ki, “Bakcell Arena”da keçirilən oyunda milli komandamızın start heyətində Emil Balayev, Pavel Paşayev, Bəhlul Mustafazadə, Bədavi Hüseynov, Anton Krivatsyuk, Riçard Almeyda, Dmitri Nazarov, Qara Qarayev, Ramil Şeydayev, Şəhriyar Rəhimov və Araz Abdullayev yer alıblar.Uels yığmasının ilk on birliyində meydana Ueyn Hennessi, Neyl Teylor, Kris Mepham, Co Rodon, Co Allen, Harri Uilson, Qaret Beyl, Konnor Roberts, Etan Ampadu, Tom Lourens, Daniel Ceyms çıxıblar.Xatırladaq ki, görüşü Almaniyadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Deniz Aytekin təyin olunub.Azərbaycan və Uels komandaları indiyədək yeddi dəfə qarşılaşıblar. Bu görüşlərin yalnız biri - 2004-cü il sentyabrın 4-də Bakıda keçirilən qarşılaşma heç-heçə başa çatıb - 1:1. Qalan oyunların hamısında Uels komandası qələbə qazanıb.Altı turdan sonra Uels millisi 8 xalla dördüncü pillədə yer alır. Azərbaycan yığmasının 1 xalı var. Qrupda yer alan digər dörd komandanın hər birinin növbəti mərhələyə vəsiqə qazanmaq şansı qalır.Azərbaycan millisinin oyunçusu Eddi İsrafilov İspaniyanın “Albasete” klubundan dəvət olunmasında texniki problem yarandığı üçün bu görüşdə iştirak edə bilməyəcək. Rüfət Dadaşov isə yığmanın hazırlıq prosesi zamanı zədələndiyi üçün heyətdə yer almayıb.xeber100.com

Noyabr 16, 2019 21:09