Şahmat üzrə iddiaçılar turnirində altıncı turun oyunları keçirilib

24 Mart 2020 18:52

Xəbər 24 dəfə oxunub

Rusiyanın Yekaterinburq şəhərində şahmat üzrə iddiaçılar turnirində martın 23-də altıncı turun oyunları keçirilib.Azərtac xəbər verir ki, turnir cədvəlinin lideri rusiyalı şahmatçı Yan Nepomnyaşi növbəti turda çinli Liren Dinq ilə qarşılaşmada qalib gəlib. Aktivində 4,5 xal olan şahmatçı liderliyini davam etdirir.On dörd turdan ibarət turnirə aprelin 3-də yekun vurulacaq.xeber100.com