Şahmat üzrə iddiaçılar turnirinin üçüncü turunun oyunları keçiriləcək

19 Mart 2020 11:05

Xəbər 28 dəfə oxunub

Martın 19-da Rusiyanın Yekaterinburq şəhərində şahmat üzrə iddiaçılar turnirinin üçüncü turunun oyunları keçiriləcək.Azərtac xəbər verir ki, səkkiz şahmatçının mübarizə apardığı turnirin üçüncü turunda amerikalı Fabiao Karuana çinli Liren Dinq, fransalı Maksim Vaşe-Laqrav Niderland təmsilçisi Aniş Giri, rusiyalı Aleksandr Qrişuk Hao Yanq (Çin) və Rusiya təmsilçisi Kiril Alekseyenko həmvətəni Yan Nepomnyaşi ilə qarşılaşacaqlar.İki turun nəticəsinə görə, H.Yanq, M.Vaşe-Laqrav, F.Karuana Y.Nepomnyaşı 1,5, A.Qrişuk 1, K.Alekseenko, A.Giri 0,5 xal toplayıblar.On dörd turdan ibarət turnirə aprelin 3-də yekun vurulacaq.Ötən il keçirilmiş dünya kubokunun sahibi kimi iddiaçılar turnirinə vəsiqə qazanan Teymur Rəcəbovun bu nüfuzlu turnirdə iştirakı alınmayıb. Şahmatçımızın koronavirusla əlaqədar turnirin tarixə salınması barədə təklifi FIDE tərəfindən qəbul olunmadığından o, iştirakdan imtina edib.xeber100.com