Şahmat üzrə Qran-Pri turnirinin birinci mərhələsi davam edir

26 İyun 2020 17:59

Xəbər 362 dəfə oxunub

İyunun 25-də Beynəlxalq Şahmat Federasiyası (FIDE) tərəfindən sürətli şahmat üzrə onlayn təşkil olunan “Women’s Speed Chess Championship” Qran-Pri turnirinin birinci mərhələsinin dörddəbir final yarışları keçirilib.Azərtac xəbər verir ki, dörddəbir finalda qələbə qazanan Anna Uşenina (Ukrayna), Aleksandra Kostenyuk, Valentina Qunina (Rusiya), Vayşali Rameşbabu (Hindistan) yarımfinala vəsiqə qazanıblar.Qeyd edək ki, Qran-Prinin birinci mərhələsində iştirak edən Azərbaycan şahmatçısı Günay Məmmədzadə dörddəbir finala vəsiqə qazana bilməyib.Qran-Pri 4 mərhələ üzrə keçiriləcək və 21 şahmatçının hər biri 3 mərhələdə iştirak edəcək. Təmsilçimiz G.Məmmədzadə Qran-Prinin daha iki mərhələsində iştirak edəcək. Qran-Pri mərhələlərində ən çox xal toplayan şahmatçılar superfinala vəsiqə qazanacaqlar. Superfinal iyulun 20-də olacaq.xeber100.com