Şahmatçılar arasında növbəti tura yekun vurulub

8 Avqust 2019 14:12

Xəbər 71 dəfə oxunub

Slovakiyanın paytaxtı Bratislavada keçirilən yeniyetmə şahmatçılar arasında Avropa birinciliyində altıncı tura yekun vurulub.Azərtac xəbər verir ki, çempionatda müxtəlif yaş kateqoriyaları üzrə mübarizə aparan şahmatçılarımızdan Dinarə Hüseynova (6 xal) və Ayan Allahverdiyeva (5,5 xal) liderliyə yüksəliblər. Səadət Bəşirli, Cahandar Azadəliyev,Yusif Kərimli isə 5 xalla liderlər qrupunda mübarizəni davam etdirirlər.Qitə birinciliyində 49 ölkədən 8-18 yaşlı 1300-dən çox yeniyetmə şahmatçı iştirak edir. Doqquz turdan ibarət turnir İsveçrə sistemi üzrə keçirilir.xeber100.com

Azərbaycan Güləş Federasiyasının məlumatı əsasında

Rusiyanın paytaxtı Moskvada sərbəst və yunan-Roma güləşi üzrə ALROSA Kuboku keçirilib.Azərtac Azərbaycan Güləş Federasiyasına istinadla xəbər verir ki, ənənəvi yarışda sərbəst güləş yığmamızın üzvləri ölkəmizi təmsil edib. İki gün davam edən turnirdə baş məşqçi əvəzi Zəlimxan Hüseynovun rəhbərliyi ilə Georgi Edişeraşvili (57 kq), Hacı Əliyev (65 kq), Hacımurad Hacıyev (74 kq), Cəbrayıl Həsənov (86 kq) və Şərif Şərifov (97 kq) mübarizə aparıb.Noyabrın 29-da olimpiya çəkiləri üzrə fərdi mübarizəyə start verilib. Ancaq ən yüngül çəkidə cəmi iki iştirakçı olduğundan bu kateqoriyada fərdi yarış keçirilməyib. Həmin gün Şərif Şərifov (97 kq) iranlı Məhəmməd Məhəmmədi üzərində əzmkar qələbə qazanıb - 5:4. Hacı Əliyev (65 kq) İkinci Avropa Oyunlarının finalında məğlub etdiyi gürcü Vladimir Xinceqavilini növbəti dəfə üstələyib - 7:3. Beləliklə, hər iki güləşçimiz ertəsi gün Rusiya və dünya yığması qarşılaşmasında iştirak etmək hüququ əldə edib.Hacımurad Hacıyev (74 kq) yarışda ilk görüşdə gürcü Avtandil Kençadzeyə (2:12), Cəbrayıl Həsənov (86 kq) isə rusiyalı Məhəmməd Ramazanova (1:4) uduzub. Ancaq yığma üzvləri bürünc medal qazanıb. Axşam seansında H.Hacıyev kubalı Kabalyero Qarzondan (7:2), C.Həsənov isə moldovalı Petr Yanulovdan (3:0) güclü olub.Noyabrın 30-da həlledici qarşılaşmalar keçirilib. H.Hacıyev son Avropa çempionatında məğlub etdiyi rusiyalı Naçın Kuulara növbəti dəfə qalib gəlib. İdmançımız son saniyələrdə icra etdiyi uğurlu fəndlə 5:4 hesablı qələbəyə sevinib. G.Edişeraşvili yerli idmançı Ramiz Həmzətova (4:7), Ş.Şərifov isə Rusiyanın digər təmsilçisi Əlixan Cəbrayılova (2:5) məğlub olub.xeber100.com

Noyabr 30, 2019 19:51

UEFA Avropa Liqasının qrup mərhələsinin V turunda

Noyabrın 28-də UEFA Avropa Liqasının qrup mərhələsinin V turunun oyunları keçirilib.Azərtac xəbər verir ki, gün ərzində aşağıdakı hesablar qeydə alınıb: A qrupu: “Sevilya” (İspaniya) – “QARABAĞ” (Azərbaycan) - 2:0; “Düdelanj” (Lüksemburq) - APOEL (Kipr) - 0:2. B qrupu: “Luqano” (İsveçrə) – “Kopenhagen” (Danimarka) - 0:1; “Malmö” (İsveç) – “Dinamo” (Kiyev, Ukrayna) - 4:3. C qrupu: “Trabzonspor” (Türkiyə) – “Xetafe” (İspaniya) - 0:1; “Krasnodar” (Rusiya) – “Bazel” (İsveçrə) - 1:0. D qrupu: “Rusenborq” (Norveç) - LASK (Avstriya) - 1:2; “Sportinq” (Portuqaliya) - PSV (Hollandiya) - 4:0. E qrupu: “Latsio” (İtaliya) – “ÇFR Kluj” (Rumıniya) - 1:0; “Seltik” (Şotlandiya) – “Renn” (Fransa) - 3:1. F qrupu: “Gimaraynş” (Portuqaliya) – “Standard” (Belçika) - 1:1; “Arsenal” (İngiltərə) – “Ayntraxt” (Frankfurt, Almaniya) - 1:2. G qrupu: “Feyenoord” (Hollandiya) – “Qlazqo Reyncers” (Şotlandiya); “Yanq Boyz” (İsveçrə) – “Portu” (Portuqaliya). H qrupu: “Ferentsvaroş” (Macarıstan) – “Espanyol” (İspaniya) - 2:2; MOİK (Moskva, Rusiya) – “Lüdoqorets” (Bolqarıstan) - 1:1. I qrupu: “Aleksandriya” (Ukrayna) – “Volfsburq” (Almaniya) - 0:1; “Sent-Etyen” (Fransa) – “Gent” (Belçika) - 0:0. J qrupu: “Volfsberq” (Avstriya) – “Borussiya” (Mönxenqladbax, Almaniya) - 0:1; “Başakşehir” (Türkiyə) - “Roma” (İtaliya) - 0:3. K qrupu: “Braqa” (Portuqaliya) – “Vulverhempton” (İngiltərə) - 3:3; “Beşiktaş” (Türkiyə) – “Slovan” (Bratislava, Slovakiya) - 2:1. L qrupu: “Astana” (Qazaxıstan) – “Mançester Yunayted” (İngiltərə) - 2:1; “AZ Alkmar” (Hollandiya) – “Partizan” (Serbiya) - 2:2.xeber100.com

Noyabr 29, 2019 13:07