Sambo güləşi üzrə beynəlxalq turnir keçiriləcək

29 Noyabr 2019 13:17

Xəbər 41 dəfə oxunub

Noyabrın 30-dan dekabrın 1-dək Qazaxıstan prezidentinin mükafatı uğrunda sambo güləşi üzrə beynəlxalq turnir keçiriləcək.Azərtac xəbər verir ki, yarışda ölkəmizi hakim qismində beynəlxalq dərəcəli hakim Cabir İsmayılov təmsil edəcək.Turnirdə döyüş sambosu üzrə kişilər və qadınlar arasında yarışlar keçiriləcək.xeber100.com

“Beşiktaş” futbol klubu “Kasımpaşa”nın qonağı olub

Dekabrın 8-də Türkiyə Superliqasının XIV turunda “Beşiktaş” səfərdə “Kasımpaşa”nın qonağı olub.Azərtac xəbər verir ki, oyun gərgin hücumlarla yadda qalıb. Görüşün 15-ci dəqiqəsində meydan sahiblərinin müdafiəçisi Kərim Hafiz kobud oyununa görə qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub. Lakin buna baxmayaraq “Kasımpaşa”nın hücumçusu Mustafa Pektemek 24-cü dəqiqədə hesabı açıb. Qarşılaşmanın 39-cu dəqiqəsində İstanbul təmsilçilərinin müdafiəçisi Caner Erkin hesaba tarazlıq gətirib. Birinci hissə elə bu hesabla bitib - 1:1. İkinci hissənin 56-cı dəqiqəsində meydan sahibləri yenidən hesabda irəli keçiblər. Benqali Fode Koita çərçivəni dəqiq nişan alıb. Lakin “Beşiktaş”ın hücumçusu Umut Nayırın 71 və 90-cı dəqiqələrdə vurduğu qollar sayəsində qonaqlar məğlubiyyətdən xilas olublar. Beləliklə “Beşiktaş” səfərdə “Kasımpaşa”ya 2:3 hesabı ilə qalib gəlib.Turun digər oyunlarında “Trabzonspor” səfərdə “Antalyaspor”u 1:3 hesabı ilə üstələyib. “Konyaspor” və “Qaziantep” oyununda qapılara qol vurulmayıb.“Dənizlispor” və “Başakşəhər” matçında isə tərəflər hər biri qapılara bir qol vurublar.Superlıqanın XIV turuna “Kayserispor” – “Rizəspor” görüşü ilə yekun vurulacaq.Hazırda “Sivasspor” klubu turnir cədvəlində 30 xalla vahid liderdir. “Beşiktaş” 27 xalla ikinci, “Trabzonspor” isə 26 xalla üçüncü pillədə qərarlaşıb.xeber100.com

Dekabr 9, 2019 12:20