Sinxua informasiya agentliyinin məlumatına görə…

11 Avqust 2020 11:18

Xəbər 1105 dəfə oxunub

Çin lideri Si Cinpin ölkə əhalisini qidalanan zaman bədxərcliyə yol verməməyə çağırıb.Sinxua informasiya agentliyi xəbər verir ki, Çin lideri ölkədə ərzaq məhsullarının istifadəsi zamanı yol verilən böyük israfçılığın təəssüf hissi doğurduğunu deyib. Onun sözlərinə görə, ölkədə buğda istehsalının ildən-ilə artmasına baxmayaraq, hər zaman ərzaq təhlükəsizliyi sahəsində riskləri və bu il baş verən pandemiyanın Çinə təsirini nəzərə almaq lazımdır.“Ərzaq israfının qarşısını almaq üçün qanunvericiliyi gücləndirmək, nəzarəti artırmaq, effektiv tədbirlər görmək, uzun vədəli mexanizmlər hazırlamaq lazımdır. Qidalanan zaman effektiv qənaət vərdişi aşılamaq, bədxərcliyə görə ümumi ictimai qınaq atmosferi, qənaətə görə isə qürur hissi yaratmaq üçün təbliğat və maariflənmə işi daha da güclənməlidir”, – deyə Si Cinpin bildirib.Qeyd edək ki, Çin lideri hər zaman ərzaq təhlükəsizliyinə xüsusi diqqət ayırıb və israfçılığa qarşı təşəbbüslə çıxış edib. O, dəfələrlə qida tullantılarının azaldılmasının vacibliyinə diqqət çəkib. Müxtəlif səviyyələrdə görülən tədbirlərə baxmayaraq, ölkədə qida israfçılığı halları hələ də aktualdır.xeber100.com

Gürcüstan hökuməti vətəndaşları üçün yeni qaydalar müəyyənləşdirib

Gürcüstan parlamentində ölkə vətəndaşlarının Şengen zonasına daxil olan ölkələrə səfər etmələri ilə bağlı yeni qanun layihəsi bu həftə müzakirəyə çıxarılacaq.Azərtac xəbər verir ki, bu barədə Gürcüstan parlamentindən məlumat verilib.Yeni layihədə Şengen ölkələrinə səfər etmək istəyən Gürcüstan vətəndaşları üçün yeni qaydalar və məhdudiyyətlər nəzərdə tutulub.Yeni qaydalara əsasən, son 10 il ərzində biometrik pasport almayan və pasportunun müddəti getdiyi ölkədən qayıdacağı günədək azı 3 ay müddəti olmayan şəxslər xarici ölkələrə səfər edə bilməyəcəklər.Həmçinin Şengen zonasına daxil olan ölkəyə səfər edən şəxsin geri qayıtmaq üçün təyyarə bileti və ya bu bilet üçün qabaqcadan bildirişi (bron) olmayan, getdiyi ölkədə qalacağı dəqiq ünvan, mehmanxana, dəvət edən şəxsin dəqiq ünvanı tələb olunan sənədlər sırasındadır.Yeni dəyişikliklərdə, həmçinin saxta sənədlər təqdim edən şəxslər və bu sənədləri verən təşkilatlar üçün cinayət məsuliyyəti nəzərdə tutulub.Həmin şəxsləri 2 ildən 6 ilədək, belə faktlar təkrar olduqda isə 3 ildən 8 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.Bu qaydalar, əsasən, Gürcüstan vətəndaşlarının xarici ölkələrdə sığınacaq axtarmaları ilə bağlıdır.Qeyd olunur ki, bəzi Avropa İttifaqı ölkələri, o cümlədən Almaniya, Fransa, İsveç və İslandiya bu cür halların qarşısını almaq üçün Gürcüstan hökumətinə müraciət ediblər.Məlumat üçün qeyd edək ki, Gürcüstan vətəndaşlarına Şengen ölkələrinə turist kimi, işgüzar səfərə və ya qonaq getmək üçün 2017-ci ilin mart ayından icazə verilir.Gürcüstan vətəndaşları Şengen zonasına daxil olan ölkələrə 180 gün ərzində cəmi 90 gün səfər edə bilirlər.xeber100.com

Avqust 31, 2020 13:00