Stolüstü tennis üzrə Avropa çempionatı keçirilir

11 İyul 2019 17:21

Xəbər 155 dəfə oxunub

Çexiyanın Ostrava şəhərində stolüstü tennis üzrə gənclər arasında Avropa çempionatı keçirilir.Azərbaycan Stolüstü Tennis Federasiyasından Azərtac-a bildiriblər ki, oğlanlardan ibarət Azərbaycan yığma komandası çempionatın yarımfinalında Belçika yığmasına qalib gələrək finala vəsiqə qazanıb.Final görüşündə komandamızın rəqibi Rusiya yığması olacaq.xeber100.com