Super Formula yarışlarının test yürüşləri keçirilir

24 Mart 2020 18:42

Xəbər 32 dəfə oxunub

Yaponiyadakı Fudzi trekində Super Formula yarışlarının test yürüşləri keçirilir.Azərtac xəbər verir ki, test yürüşlərində yaponiyalı pilotlarla yanaşı, Braziliya təmsilçisi Serxio Sette Kamara, kolumbiyalı Tatyana Kalderon, Fransa idmançısı Şarl Milezi, estoniyalı Yuri Vips və başqaları iştirak edirlər.Qeyd edək ki, Super Formula yarışlarının ilk iki mərhələsi koronavirus pandemiyasına görə təxirə salınıb. Yarışın üçüncü mərhələsinin mayın 17-də Yaponiyadakı Avtopolis trasında təşkili nəzərdə tutulub.xeber100.com