Təhsil Nazirliyi məlumatına görə…

1 Yanvar 2022 19:14

Xəbər 300 dəfə oxunub

2021-2022-ci tədris ili üzrə lisey və gimnaziyalara qəbul qaydalarında dəyişiklik edilib, ilkin olaraq seçilmiş 15 pilot təhsil müəssisəsində qəbul prosesi mərkəzləşdirilmiş qaydada elektron xidmət vasitəsilə həyata keçirilib. 1800-ə yaxın şagird lisey və gimnaziyalara qəbul edilib.Bu barədə Təhsil Nazirliyi məlumat verib. Bildirilib ki, lisey və gimnaziyalara qəbul olunan şagirdlərin sayı 2020-ci ilə nisbətən 15 faiz artıb.xeber100.com

Dövlət İmtahan Mərkəzi müəllimlərin işə qəbulu üzrə test imtahanı keçirəcək

Dövlət İmtahan Mərkəzi (DİM) avqustun 7-də uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu üzrə test imtahanı keçirəcək.DİM-dən Azərtac-a bildirilib ki, imtahanda namizədə 70 test tapşırığı təqdim olunur. Qırx tapşırıq seçilən müvafiq sahə üzrə ixtisas biliklərini, 10 tapşırıq pedaqoji bacarıqları, 10 tapşırıq məntiqi təfəkkürü, 10 tapşırıq isə ümumi dünyagörüşünü yoxlayan qapalı tipli test tapşırıqlarıdır. Hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar ümumi nəticəyə təsir göstərmir.İmtahan bütün binalarda saat 11:00-da başlanır və 2 saat davam edir. Saat 10:45-dən sonra gələn namizədlər imtahana buraxılmır.İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır. İmtahan binasına mobil telefon və digər rabitə vasitələri, elektron cihazlar, kalkulyator, elektron məlumat daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası, lüğət, cədvəl, çanta və digər yardımçı vəsaitlər gətirmək qadağandır. DİM iştirakçılardan imtahan binasına əlavə əşyaları gətirməməyi xahiş edir. Bütün bunlar buraxılış rejimi işinin səmərəli təşkilinə və onun vaxtında başa çatdırılmasına mane olur.İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlər DİM-in internet saytına daxil olaraq imtahana buraxılış vərəqəsini çap etməlidirlər. Buraxılış vərəqəsi ilə yanaşı, onlara “Namizədin yaddaş kitabçası” təqdim olunur. Burada namizədlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.Namizədlər imtahana aşağıda qeyd olunan sənədləri gətirməlidirlər: -şəxsiyyəti təsdiq edən sənədin əsli; -imtahana buraxılış vərəqəsi. İmtahan kağız daşıyıcılar vasitəsilə Bakı şəhərində 8 binada təşkil olunacaq. İmtahanda iştirak etmək üçün 1992 namizəd (musiqi-1969, təsviri sənət-17, xoreoqrafiya-6) qeydiyyatdan keçib. İmtahanının keçirilməsi üçün 8 ümumi imtahan rəhbəri, 24 imtahan rəhbəri, 180 nəzarətçi müəllim, 24 buraxılış rejimi əməkdaşı ayrılıb.xeber100.com

Avqust 3, 2022 13:52

Dövlət İmtahan Mərkəzi: Abituriyentlərin qeydiyyatı davam edir

Jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlərin qeydiyyatı iyulun 26-dək davam edəcək.Dövlət İmtahan Mərkəzindən bildirilib ki, abituriyentlər DİM-in internet səhifəsinə daxil olaraq anketi doldurmaqla qeydiyyatdan keçməlidirlər.Tələbə qəbulu elanının “Ərizə qəbulu” bölməsinin 3-cü bəndində göstərilən kateqoriyadan olan və digər XQTİ lər üzrə qeydiyyatdan keçməyən abituriyentlərin cari ildə jurnalistika ixtisası üzrə qabiliyyət imtahanında iştirakı dövlət büdcəsinin vəsaiti hesabına olur. Eyni bölmənin 4-cü bəndində göstərilən kateqoriyadan olan abituriyentlərin isə jurnalistika ixtisası üzrə qabiliyyət imtahanında iştirakı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.Digər abituriyentlər qeydiyyatdan keçmək üçün tələb olunan məbləği (30 AZN) “Şəxsi kabinet”indəki hesabına əlavə etməlidirlər.Abituriyentlər imtahanda təqdim olunan mövzu üzrə yazı işi (inşa) yerinə yetirirlər. Qabiliyyət imtahanından uğurla keçən abituriyentlər ixtisas seçimi zamanı digər ixtisaslarla yanaşı, jurnalistika ixtisasını da seçə bilərlər.Jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlərin qabiliyyət imtahanı iyulun 31-də keçiriləcək. Bu mərhələdən uğurla keçən abituriyentlər ixtisas seçimi zamanı digər ixtisaslarla yanaşı jurnalistika ixtisasını da seçə bilərlər.Qabiliyyət imtahanı mərhələsində abituriyentlərə təklif olunacaq inşa mövzuları (Azərbaycan və rus dilində), abituriyentlərin yazacaqları inşaya (esseyə) verilən tələblər “Xüsusi qabiliyyət imtahanları” jurnalının 1-ci nömrəsində əksini tapıb.xeber100.com

İyul 25, 2022 13:27

7-ci Beynəlxalq Sosial Elmlər Konqresi yekunlaşıb

ADA Universitetində işə başlayan 7-ci Beynəlxalq Sosial Elmlər Konqresi iyunun 4-də Şuşa paneli ilə yekunlaşıb.Konqres iştirakçıları əvvəlcə Füzuli Beynəlxalq Hava Limanı ilə tanış olublar.Sonra Şuşa Realnı Məktəbinin önündə Konqresin bağlanış mərasimi keçirilib. Konqres Azərbaycan Respublikasının Milli Məclisi, Türkiyə Böyük Millət Məclisi, ADA Universiteti və Beynəlxalq Balkan Universitetinin birgə təşkilatçılığı ilə baş tutub.Bağlanış mərasimində ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev çıxış edib.Rektor Hafiz Paşayev Konqresin məhz Şuşada yekunlaşmasının önəmindən, məsuliyyətindən söhbət açaraq bu tədbirin torpaqlarımızın azadlığı uğrunda canından keçmiş qəhrəman şəhidlərin əziz xatirəsinə yüksək ehtiramın ifadəsi olduğunu deyib. ADA Universitetinin rektoru çıxışında Azərbaycan və Türkiyə arasındakı qardaşlıq münasibətlərindən bəhs edərək regionda cərəyan edən proseslərdə iki ölkənin fəal rol oynadığını vurğulayıb.Konqresin yekun tədbirində, həmçinin İstanbul Mədəniyyət Universitetinin nümayəndələri İhsan Fazlıoğlu və Zəhra Bilgin, Tokat Qaziosmanpaşa Universitetinin rektoru Bünyamin Şahin, Mərmərə Universitetindən Ömər Türkər və Azərbaycan Respublikası Milli Məclisinin deputatı Rafael Hüseynov çıxış ediblər.Sonda Cıdır düzünə gələn Konqres iştirakçıları Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsini anıb, onlara Allahdan rəhmət diləyib, ruhlarına dualar oxuyublar.xeber100.com  

İyun 4, 2022 19:53

2022-2023-cü tədris ili üçün şagird qəbulu aparılır

Lisey və gimnaziyalara 2022-2023-cü tədris ili üçün şagird qəbulu prosesi davam edir.Bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, lisey və gimnaziyalara mərkəzləşdirilmiş qəbul imtahanında iştirak üçün ərizə qəbulu sy.edu.az portalı üzərindən iyunun 9-dək aparılacaq. Valideynlər qeyd edilən portal üzərindən övladının “Şəxsi kabinet”i vasitəsilə lisey və gimnaziyalara qəbul üzrə təqdim olunmuş 3 müxtəlif seçimdən “Mərkəzləşdirilmiş imtahana qeydiyyat” bölməsini seçməklə ərizəni təqdim etməlidirlər. Qeydiyyat zamanı valideynlər onlara daha yaxın və uyğun olan imtahan mərkəzini (binasını) seçmə imkanına malikdirlər. Şagirdlər əvvəlcə mərkəzləşdirilmiş qəbul imtahanında iştirak edəcək, sonra isə topladıqları bala müvafiq olaraq təhsil almaq istədikləri lisey və ya gimnaziyaların seçimini aparacaqlar. İmtahan zamanı şagirdlərə Azərbaycan dili və riyaziyyat fənləri ilə yanaşı, riyazi məntiq biliklərinin yoxlanılması məqsədilə tapşırıqlar təqdim ediləcək. Lisey və gimnaziyalara siniflər üzrə imtahan tarixləri aşağıdakı kimidir: • 17 iyun - V siniflərə qəbul (hazırda IV sinifdə oxuyanlar üçün); • 18 iyun - VI siniflərə qəbul (hazırda V sinifdə oxuyanlar üçün); • 19 iyun - VII siniflərə qəbul (hazırda VI sinifdə oxuyanlar üçün); • 20 iyun - VIII və IX siniflərə qəbul (hazırda VII və VIII sinifdə oxuyanlar üçün).xeber100.com

İyun 2, 2022 10:33

2022/2023-cü tədris ili üçün ali təhsil müəssisələrinə qeydiyyat davam edir

2022/2023-cü tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün qeydiyyat davam edir.Dövlət İmtahan Mərkəzindən Azərtac-a bildirilib ki, mayın 11-i saat 10:00-a olan məlumata görə, 975 bakalavr (Azərbaycan bölməsi 893, rus bölməsi 82) ərizəsini təsdiq edib.Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün bakalavrların qeydiyyatı mayın 17-si saat 23:59-dək internet vasitəsilə aparılır.2022-ci ilin fevral ayında keçirilmiş qəbul imtahanında iştirak etmək üçün sənəd verən bakalavrlar imtahanın ikinci cəhdində iştirak etmək istədikləri təqdirdə “Şəxsi kabinet”lərinin hesabına imtahanda iştirak haqqını əlavə edib Mərkəzin internet saytının müvafiq səhifəsinə (https://eservices.dim.gov.az/erizemag/erize2) daxil olmaqla qeydiyyatdan keçirlər.İlk imtahanda iştirak etmək üçün qeydiyyatdan keçməyən bakalavrlar da bu imtahana yazıla bilərlər. Azərbaycan Respublikasında yerləşən ali təhsil müəssisələrini bitirən və Azərbaycan Respublikasının vətəndaşı olan bütün bakalavrlar, həmçinin Təhsil Nazirliyi tərəfindən verilən, ixtisasın tanınmasını və ekvivalentliyinin müəyyən edilməsini təsdiq edən sənədləri olan və xarici ölkələrdə ali təhsil almış şəxslər qəbul imtahanında iştirak etmək üçün ərizə qəbulu müddətində Mərkəzin rəsmi internet saytında “Bakalavrın elektron ərizəsi”ni doldurmalı və özləri təsdiq etməlidirlər. Qəbul imtahanının ikinci cəhdi mayın 29-da keçiriləcək.xeber100.com

May 11, 2022 12:54

“Biz Şuşadan danışırıq” videohekayə müsabiqəsinə start verilir

Təhsil Nazirliyi media nümayəndələri üçün “Biz Şuşadan danışırıq” videohekayə müsabiqəsinə start verir. Videohekayə müsabiqəsi Azərbaycan Respublikası Prezidentinin 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında, Nazirlər Kabinetinin “Şuşa İli” ilə bağlı Tədbirlər Planının təsdiq olunması barədə sərəncamlarına və Təhsil Nazirliyinin bununla bağlı müvafiq planına uyğun olaraq həyata keçirilir.Bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, müsabiqənin məqsədi Şuşanın təhsilinə, mədəniyyətinə və tarixinə, elm adamlarının, tanınmış şəxslərinin həyat və yaradıcılığına media vasitəsilə işıq salmaq, onların gördüyü işləri təbliğ etmək və gənc nəsli maarifləndirməkdir.Üç nominasiya - ən yaxşı süjet, ən yaxşı videoreportaj, ən yaxşı videomüsahibə üzrə keçirilən müsabiqəyə dair tələblər aşağıdakılardır: - Müsabiqədə media nümayəndələri iştirak edə bilər; - Müsabiqəyə göndərilən videolar 3 dəqiqədən artıq olmamalıdır; - İştirakçı özü haqqında zəruri məlumatları (adı, soyadı, yaşı, yaşadığı şəhərin (rayonun adı), təmsil etdiyi media qurumunun adı və tutduğu vəzifə, əlaqə telefonu) daxil etməklə hazırlanmış videonu mayın 27-dək [email protected] ünvanına göndərməlidir; - Hər iştirakçı bir videohekayə göndərə bilər; - Müsabiqəyə təqdim olunan videohekayələr “Biz Şuşadan danışırıq” ön sözü ilə başlamalıdır. Qaliblər münsiflər heyəti tərəfindən müəyyən ediləcək. Müsabiqə qaliblərinə Təhsil Nazirliyinin sertifikatı və hədiyyələr təqdim olunacaq.xeber100.com

Aprel 27, 2022 09:54