Tamblinq üzrə Azərbaycan çempionatı keçirilir

8 Noyabr 2019 13:09

Xəbər 103 dəfə oxunub

Azərbaycan çempionatı və birinciliyi keçirilir.Azərtac xəbər verir ki, tamblinq yarışlarında Bakı Gimnastika Məktəbi və “Neftçi” İdman Klubunun nümayəndələri uşaqlar, yeniyetmələr, gənclər və böyüklər yaş qruplarında mübarizə aparırlar.Noyabrın 9-da batut gimnastikası üzrə ölkə birinciliyi təşkil olunacaq. Yarışda balacalar, uşaqlar, yeniyetmələr, gənclər və böyüklər yaş kateqoriyaları üzrə iştirakçılar fərdi və sinxron proqramda Bakı Gimnastika Məktəbi və “Ocaq Sport” idman klubunu təmsil edəcəklər.Yarışda ilk dəfə Qaxdan olan gimnastlar da iştirak edərək, nümunəvi çıxışlar göstərəcəklər.Qeyd edək ki, tamblinq üzrə yarışa giriş sərbəstdir, batut gimnastikası üzrə turnirə isə biletlərin qiyməti 5 manat təşkil edir.xeber100.com