TANAP ilə Türkiyəyə 1,6 milyard kubmetr təbii qaz nəql olunub

24 İyun 2020 15:01

Xəbər 649 dəfə oxunub

Bu ilin yanvar-may aylarında TANAP ilə Türkiyəyə 1,6 milyard kubmetr təbii qaz nəql olunub.Energetika Nazirliyindən Azərtac-a bildirilib ki, istismara veriləndən iyunun 1-dək isə TANAP-la Türkiyəyə 5,47 milyard kubmetr qaz nəql edilib.Qeyd edək ki, Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan qazı Türkiyəyə nəql edən TANAP boru kəməri Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə qoşulub, Türkiyə-Yunanıstan sərhədində isə TAP qaz boru kəmərinə birləşib. Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biri olan və 3500 kilometrlik Cənub Qaz Dəhlizinin birləşdirici halqasını təşkil edən TANAP-ın Gürcüstan-Türkiyə sərhədi-Əskişəhər 56 düymlük hissəsinin uzunluğu 1350 kilometr, Əskişəhər-Türkiyə-Yunanıstan sərhədi boyunca 48 düymlük hissəsinin uzunluğu isə 480 kilometrdir. Mərmərə dənizi boyunca isə boru kəmərinin diametri 36 düym təşkil edir. İki fazada icra olunan layihə çərçivəsində boru kəmərinin uzunluğu (19 kilometri Mərmərə dənizindən keçməklə) ümumilikdə 1850 kilometrdir.TANAP Türkiyənin Gürcüstanla sərhədindəki Ardahan vilayətinin Posof mahalından başlayaraq 20 şəhər və 67 vilayətindən keçməklə qardaş ölkənin Yunanıstanla sərhədindəki Ədirnə vilayətinin İpsala qəsəbəsinədək uzanır. “Enerjinin İpək yolu” adlandırılan TANAP layihəsi təbii qazın “Şahdəniz”, eyni zamanda, Azərbaycanın digər yataqlarından Avropa bazarlarına nəql edilməsi potensialına görə mühüm siyasi və iqtisadi əhəmiyyətə malikdir.2018-ci il iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəməri istifadəyə verilib.xeber100.com

OPEC-ə üzv ölkələrin 20-ci iclası öz işinə başlayıb

İyulun 15-də OPEC-ə üzv və kartelə üzv olmayan ölkələrin (“OPEC+”) Nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) 20-ci iclası videokonfrans formatında öz işinə başlayıb.Azərtac xəbər verir ki, iclasda OPEC-in baş katibi Məhəmməd Barkindo “OPEC+” üzrə hasilatın azaldılmasının neft bazarına müsbət təsir göstərdiyini deyib.Səudiyyə Ərəbistanının Energetika naziri Əbdül Əziz bin Salman isə neft bazarında tələbatın bərpa olunmağa başladığını deyib.İclasda “OPEC+”un Birgə Texniki Komitəsinin (JTC) dünən videokonfrans formatında keçirilən 42-ci iclasında səsləndirilən fikirlər müzakirə edilib.Qeyd edək ki, “OPEC+” üzrə gündəlik neft hasilatının 2018-ci ilin oktyabr ayı səviyyəsindən 9,7 milyon barrel ixtisarı prosesi çərçivəsində Azərbaycan iyunda sutkada xam neft hasilatını 164,2 min barrel azaldıb. Beləliklə Azərbaycan 164 min barrel həcmində olan öhdəliyini iyunda tam yerinə yetirib.“Əməkdaşlıq Bəyannaməsi”nə əsasən, 2018-ci ilin oktyabr ayında gündəlik xam neft hasilatı 718 min barrel olan Azərbaycan cari ilin may-iyun-iyul aylarında xam neft istehsalını sutkada 554 min barrel həcmində saxlamalıdır. Öhdəliklərin icrası məqsədilə gündəlik xam neft hasilatı 2018-ci ilin oktyabr ayındakı səviyyələrdən AÇG-də 567 min barreldən azaldılaraq 434 min barreldə, SOCAR (“Azneft” İB, BM və ƏŞ) üzrə isə 151 min barreldən ixtisar edilərək 120 min barrel həcmində saxlanılmalıdır.Qeyd edək ki, aprel ayının 12-də “OPEC+” ölkələri nazirlərinin 10-cu iclasında qəbul edilmiş razılaşma ümumilikdə gündəlik xam neft hasilatının may-iyunda 9,7 milyon barrel, Azərbaycanda isə 164 min barrel azaldılmasını nəzərdə tutur. OPEC və qeyri-OPEC ölkələri nazirlərinin iyunun 6-da keçirilən 11-ci iclasında isə bu kvotaların müddətinin daha bir ay - iyulun sonunadək uzadılmasına dair qərar qəbul edilib.xeber100.com

İyul 15, 2020 23:34

OPEC-ə üzv ölkələrin 42-ci iclası videokonfrans formatında keçirilir

İyulun 14-də OPEC-ə üzv və kartelə üzv olmayan ölkələrin (“OPEC+”) Birgə Texniki Komitəsinin (JTC) 42-ci iclası videokonfrans formatında keçirilir.Azərtac xəbər verir ki, iclasda OPEC-in baş katibi Məhəmməd Barkindo həm JTC-nin, həm də Nazirlərin Birgə Monitorinq Komitəsinin (JMMC) iclaslarında dəyişkən bazar şərtlərinin nəzərdən keçiriləcəyini deyib.İyulun 15-də “OPEC+” Nazirlərinin Birgə Monitorinq Komitəsinin videokonfrans formatında keçiriləcək iclasında JTC-nin tövsiyələri əsas müzakirə mövzusu olacaq.Ekspertlərə görə, “OPEC+” ölkələri avqustun əvvəlindən hasilat məhdudiyyətləri üzrə mövcud kvotaları bir qədər yumşaldacaq.Qeyd edək ki, “OPEC+” üzrə gündəlik neft hasilatının 2018-ci ilin oktyabr ayı səviyyəsindən 9,7 milyon barrel ixtisarı prosesi çərçivəsində Azərbaycan iyunda sutkada xam neft hasilatını 164,2 min barrel azaldıb. Beləliklə Azərbaycan 164 min barrel həcmində olan öhdəliyini iyunda tam yerinə yetirib.“Əməkdaşlıq Bəyannaməsi”nə əsasən, 2018-ci ilin oktyabr ayında gündəlik xam neft hasilatı 718 min barrel olan Azərbaycan cari ilin may-iyun-iyul aylarında xam neft istehsalını sutkada 554 min barrel həcmində saxlamalıdır. Öhdəliklərin icrası məqsədilə gündəlik xam neft hasilatı 2018-ci ilin oktyabr ayındakı səviyyələrdən AÇG-də 567 min barreldən azaldılaraq 434 min barreldə, SOCAR (“Azneft” İB, BM və ƏŞ) üzrə isə 151 min barreldən ixtisar edilərək 120 min barrel həcmində saxlanılmalıdır.Qeyd edək ki, aprel ayının 12-də “OPEC+” ölkələri nazirlərinin 10-cu iclasında qəbul edilmiş razılaşma ümumilikdə gündəlik xam neft hasilatının may-iyunda 9,7 milyon barrel, Azərbaycanda isə 164 min barrel azaldılmasını nəzərdə tutur. OPEC və qeyri-OPEC ölkələri nazirlərinin iyunun 6-da keçirilən 11-ci iclasında isə bu kvotaların müddətinin daha bir ay - iyulun sonunadək uzadılmasına dair qərar qəbul edilib.xeber100.com

İyul 14, 2020 17:28

Fəaliyyətinə icazə verilmiş iş və xidmət sahələri müəyyən edilib

Məlum olduğu kimi, “Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarı ilə ölkə ərazisində fəaliyyətinə icazə verilmiş iş və xidmət sahələri müəyyən edilib. Həmin sahələrdə çalışan işçilərin işə çıxması üçün icazələrin verilməsi Nazirlər Kabinetinin müvafiq Qərarı ilə müəyyən edilən və Dövlət Statistika Komitəsinin “İqtisadi fəaliyyət növlərinin təsnifatı”na əsasən fəaliyyəti icazə verilən sahələrə uyğun şəkildə işəgötürənlərin “icazə.e-gov.az” portalına müraciəti əsasında həyata keçirilir. İcazələr həmçinin Nazirlər Kabinetinin 2020-ci il 25 iyun tarixli 220 nömrəli Qərarına əsasən işçi sayına məhdudiyyət tətbiq edilmiş fəaliyyət sahələri üzrə tələblər nəzərə alınmaqla verilir.İcazə sistemindən sui-istifadə hallarının qarşısının alınması, vətəndaşlarımızın infeksiyaya yoluxma riskinin azaldılması məqsədilə öncədən bir neçə dəfə xəbərdarlıq edildiyi kimi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən iyulun 5-dən etibarən, Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarı ilə fəaliyyətinə icazə verilən sahələrə aid olmayan fiziki şəxslərin, habelə işçi heyətinin məhdud şəkildə iş çıxarılmasına olan tələblərə əsaslanaraq bu həddi keçən qurumlar üzrə icazələrin bir hissəsi ləğv olunub. İqtisadiyyat Nazirliyi bir daha hüquqi və fikziki şəxslərin nəzərinə çatdırır ki, icazələrin bir hissəsinin ləğv edilməsi ilə əlaqədar fəaliyyətinə icazə verilən sahələrdə çalışan hüquqi və fiziki şəxslər icaze.e-gov.az portalına daxil olmaqla işçi heyətinin qeydiyyatl ilə bağlı məsələləri müəyyən edilmiş qaydalar çərçivəsində yenidən tənzimləməlidirlər. İcazələrin verilməsi zamanı əmək müqaviləsi ilə çalışan işçilərin sayı və təsnifat kodu əsas götürülür. Növbəti həftə ərzində işə çıxacaq əməkdaşlar barədə məlumatlar işəgötürən tərəfindən əvvəlcədən portala daxil olunmalıdır.Nazirlər Kabinetinin müvafiq qərarları ilə fəaliyyətinə icazə verilməmiş sahələr üzrə sistemə müraciət edilməsi mümkün deyildir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən fəaliyyətinə icazə verilən və xüsusi karantin rejiminin tətbiq edildiyi şəhər və rayonlarda uçotda olan və ya təsərrüfat subyekti (obyekti) həmin şəhər və rayonlarda yerləşən vergi ödəyicisinin siyahısı “icazə.e-gov.az” portalına daxil edilməsi üçün real vaxt rejimidə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə təqdim edilir. İyulun 5-i 17.00-a olan məlumata görə, artıq “icazə.e-gov.az” portalında 38.348 işəgötürən tərəfindən 453.781 işçi sayına icazə alınıb.İcazələrin tənzimlənməsi ilə bağlı yaranan xüsusi hallar üzrə hüquqi və fiziki şəxslər İqtisadiyyat Nazirliyinə müraciət edə bilərlər.İşəgötürən tərəfindən portala daxil edildikdən sonra narıncı zonaya aid olan ərazidə hərəkət etmək icazəsi olan şəxslər işəgötürən tərəfindən verilmiş ezamiyyə vərəqələri əsasında həmin zonanı tərk edə bilərlər.xeber100.com

İyul 5, 2020 21:45

Auditorlar Palatası Şurasının növbəti iclası keçirilib

Auditorlar Palatası Şurasının videokonfrans formatında növbəti iclası keçirilib.Palatanın mətbuat xidmətindən Azərtac-a bildirilib ki, şura üzvlərinin və Auditorlar Palatasının Şurası yanında komitə sədrlərinin iştirak etdiyi videokonfransda qurumda auditor təşkilatlarının, sərbəst auditorların və onların sifarişçilərinin kommersiya sirri təşkil edən, həmçinin xüsusi məlumatlarının məxfi saxlanılması, bir sıra auditor təşkilatları və sərbəst auditorların apardıqları auditlərin keyfiyyətinin plandankənar monitorinqinin həyata keçirilməsi, Auditorlar Palatası üzvlərinin hüquq və vəzifələri haqqında Əsasnaməyə dəyişikliklər edilməsi, ölkə ərazisində auditor fəaliyyəti ilə məşğul olmaq üçün icazələrin qüvvədəolma müddətinin başa çatması ilə əlaqədar keçiriləcək imtahan, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyə auditorlar tərəfindən riayət edilməsinin monitorinqinə dair təlimat”ın layihəsinin müzakirəsi, Auditorlar Palatasının Şurası yanında Keyfiyyətə nəzarət üzrə komitənin üzvlərinin və müfəttişlərinin tərkibində dəyişiklik edilməsi, auditor xidmətinin keyfiyyətinə kənar nəzarət üzrə qaydalara dəyişikliklər edilməsi barədə məsələlər müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.xeber100.com

İyun 30, 2020 15:10