TASS informasiya agentliyinin məlumatı əsasında…

7 Avqust 2020 09:55

Xəbər 1154 dəfə oxunub

Livanın hökumət orqanları avqustun 4-də baş vermiş partlayışla əlaqədar Beyrut dəniz limanı administrasiyasının 16 məmurunu saxlayıb. Bu barədə AFP hərbi prokurorluğa istinadla məlumat yayıb.TASS informasiya agentliyi xəbər verir ki, Livanın Baş Naziri Həsən Diab faciə ilə əlaqədar təqsirkarların hamısının layiq olduğu cəzanı alacağını bildirib. O deyib ki, altı il ərzində limanın anbarında 2 min 750 ton ammonium nitratın saxlanılması və vətəndaşların həyatının təhlükəyə məruz qalmaması üçün hökumət orqanları tərəfindən heç bir profilaktik tədbirin görülməməsi qətiyyən yolverilməzdir.Xatırladaq ki, partlayış dalğası Beyrutda yüzlərlə binanı dağıdıb və ya zədələyib. Habelə 300 mindən çox insan evsiz qalıb, 138 nəfər həlak olub, 5 minədək insan xəsarət alıb, onlarca insan itkin düşüb.Livan Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, partlayışlar 2 min 750 ton ammonium nitratın qaynaq işləri zamanı yanması səbəbindən baş verib. Altı il öncə gömrük xidmətinin müsadirə etdiyi ammonium nitrat limanın anbarında saxlanılırmış.xeber100.com

Gürcüstan hökuməti vətəndaşları üçün yeni qaydalar müəyyənləşdirib

Gürcüstan parlamentində ölkə vətəndaşlarının Şengen zonasına daxil olan ölkələrə səfər etmələri ilə bağlı yeni qanun layihəsi bu həftə müzakirəyə çıxarılacaq.Azərtac xəbər verir ki, bu barədə Gürcüstan parlamentindən məlumat verilib.Yeni layihədə Şengen ölkələrinə səfər etmək istəyən Gürcüstan vətəndaşları üçün yeni qaydalar və məhdudiyyətlər nəzərdə tutulub.Yeni qaydalara əsasən, son 10 il ərzində biometrik pasport almayan və pasportunun müddəti getdiyi ölkədən qayıdacağı günədək azı 3 ay müddəti olmayan şəxslər xarici ölkələrə səfər edə bilməyəcəklər.Həmçinin Şengen zonasına daxil olan ölkəyə səfər edən şəxsin geri qayıtmaq üçün təyyarə bileti və ya bu bilet üçün qabaqcadan bildirişi (bron) olmayan, getdiyi ölkədə qalacağı dəqiq ünvan, mehmanxana, dəvət edən şəxsin dəqiq ünvanı tələb olunan sənədlər sırasındadır.Yeni dəyişikliklərdə, həmçinin saxta sənədlər təqdim edən şəxslər və bu sənədləri verən təşkilatlar üçün cinayət məsuliyyəti nəzərdə tutulub.Həmin şəxsləri 2 ildən 6 ilədək, belə faktlar təkrar olduqda isə 3 ildən 8 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.Bu qaydalar, əsasən, Gürcüstan vətəndaşlarının xarici ölkələrdə sığınacaq axtarmaları ilə bağlıdır.Qeyd olunur ki, bəzi Avropa İttifaqı ölkələri, o cümlədən Almaniya, Fransa, İsveç və İslandiya bu cür halların qarşısını almaq üçün Gürcüstan hökumətinə müraciət ediblər.Məlumat üçün qeyd edək ki, Gürcüstan vətəndaşlarına Şengen ölkələrinə turist kimi, işgüzar səfərə və ya qonaq getmək üçün 2017-ci ilin mart ayından icazə verilir.Gürcüstan vətəndaşları Şengen zonasına daxil olan ölkələrə 180 gün ərzində cəmi 90 gün səfər edə bilirlər.xeber100.com

Avqust 31, 2020 13:00