TBMM-nin sessiyasında yeni spikerinin seçkiləri keçirilir

7 İyun 2023 15:20

Xəbər 87 dəfə oxunub

Bu gün 28-ci çağırış Türkiyə Böyük Millət Məclisinin (TBMM) sessiyasında parlamentin yeni spikerinin seçkiləri keçirilir.

Türkiyə KİV-ləri xəbər verir ki, artıq seçkilərin birinci turu başa çatıb. Birinci turun nəticələrinə görə, parlamentin sədri vəzifəsinə Millət İttifaqından namizəd Numan Kurtulmuş 317 səs, Cümhuriyyət Xalq Partiyasının namizədi Tekin Bingöl isə 131 səs toplayıblar. Ümumilikdə, spikerliyə 7 millət vəkilinin namizədliyi irəli sürülüb.

TBMM-nin 30-cu sədri olmaq üçün namizədlərdən birinin 600 millət vəkilindən 400-nün səsini toplaması lazımdır. Onların ikinci turda da bu rəqəmə çatmadığı təqdirdə, seçkilərin üçüncü turu keçiriləcək. Sonuncu turda isə səslərin əksəriyyətini – 301-ni toplayan namizəd parlamentin yeni spikeri olacaq.

Xatırladaq ki, son parlament seçkilərində hakim Ədalət və İnkişaf Partiyası 268, Cümhuriyyət Xalq Partiyası 169, İYİ partiya 43, Yeni Rifah Partiyası 5, Sol Yaşıllar Partiyası 61, Xalq Hərəkatı Partiyası 50 millət vəkili yerinə sahib olublar.xeber100.com

Birləşmiş Millətlər Təşkilatının müstəmləkə altında olan 17 ərazini tanıyır

BMT-nin 78-ci Baş Assambleyası çərçivəsində təşkil edilmiş konfransda anti-müstəmləkəçi təşkilatlar Qvadelupanın müstəmləkəsizləşdiriləcək ölkələr siyahısına daxil edilməsini tələb ediblər. BMT müstəmləkə altında olan 17 ərazini tanıyır. Bu siyahıda 2 dənizaşırı ərazi olsa da, Qvadelupanın adı yoxdur. Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu-Yorkdakı mənzil-qərargahında keçirilən 78-ci Baş Assambleyasına qatılan Qvadelupa nümayəndə heyəti Qvadelupa Milli Alyansı (ANG), Təzminat üçün Beynəlxalq Hərəkatı (MİR), Alternativ Siyasi Layihə Təşəbbüs Komitəsi (CIPPA), Qara Xalqlar Beynəlxalq Komitəsi (CIPN), Qvadelupa Qurtuluş Xalq Birliyi (UPLG), Qvadelupa Milli Azadlıq Cəbhəsi (FKNG) və Qvadelupa Xilas Kollektivi (KSG) kimi yerli siyasi təşkilatların nümayəndələrindən ibarətdir. Qvineya və Martinikdən olan həmkarları da Qvadelupa nümayəndə heyətinə qoşulub. Natali Mintaçi (Nathalie Minatchy, ANG) və Jan-Jakob Bisep (Jean-Jacob Bicep, UPLG) iclasda çıxış edərək, qvadelupalılar adından danışıblar. Qeyd ediblər ki, nümayəndə heyətinin tələbi Qvadelupanın müstəmləkəsizləşdiriləcək ölkələr siyahısına daxil edilməsidir. UPLG-nin baş katibi Jan-Jacob Bicep çıxışında Qvadelupanın BMT-nin müstəmləkəsizləşdiriləcək ölkələr siyahısına daxil edilməsini tələb etməklə yanaşı, təzminat ödənilməsini “dekolonizasiyanın əsas sütunu” kimi təqdim edib. “Dekolonızasyon: Sakit inqılab” adlı tədbirin yekun bəyannaməsi BMT-nin rəhbər orqanlarına göndərilib. Qvadelupanın UPLG siyasi təşkilatı ölkəsinin və Fransanın digər koloniyalarının müstəmləkə vəziyyətini beynəlxalq diqqət mərkəzinə gətirən və onları mövcud təcriddən çıxarmağa kömək edən bu böyük təşəbbüsü alqışlayıb. Xatırladaq ki, BMT-də faktiki olaraq dekolonizasiya üzrə Xüsusi Komitə mövcuddur. O, bütün dünyada öz suverenliyinə can atan və hələ də müstəmləkə altında olan ərazilərin tələblərini dəstəkləmək üçün məsuliyyət daşıyır. Bu günə qədər BMT iki milyona qədər insanın yaşadığı 17 ərazini hələ də müstəmləkədə olan ərazilər hesab edir. Fransanın dənizaşırı müstəmləkəsi olan - Qvineya, Polineziya və Yeni Kaledoniyanın da bu siyahıya əlavə edilməsi tələb olunur.xeber100.com

Sentyabr 24, 2023 14:59