Tehrandakı İmam Xomeyni Kompleksində beynəlxalq kitab sərgisi keçiriləcək

6 Aprel 2022 15:03

Xəbər 79 dəfə oxunub

May ayının 11-dən 21-nə kimi Tehrandakı İmam Xomeyni Kompleksində beynəlxalq kitab sərgisi keçiriləcək.Hər il keçirilən bu tədbir koronavirus pandemiyası səbəbindən son 2 ildə təxirə salınmışdı. Pandemiyanın səngiməsi ilə əlaqədar bu il sərgi öz işini bərpa edib.Beynəlxalq sərgini İranın Mədəniyyət və İslam İrşad Nazirliyi təşkil edir. Sərgidə iştirak etmək istəyən kitabxana və nəşriyyat evlərinin, eləcədə kitab satışı ilə məşğul olan mağazaların nümayəndələri nazirliklə əlaqə saxlayıb kompleksdə məhsullarını nümayiş etdirə bilərlər.Qeyd edək ki, sərgidə Avropada, Yaxın Şərqdə və Orta Asiyada fəaliyyət göstərən nəşriyyat evləri öz məhsullarını və yeni kitablarını nümayiş etdirirlər. Sərgidə, həmçinin görkəmli yazıçılar kitablarını təqdim edir və tərcümə olunan kitabların satışı həyata keçirilir.xeber100.com

Filippində yeni prezidentin seçilməsi ilə əlaqədar səsvermə başlayıb

Mayın 9-da yerli vaxtla saat 7:00-da Filippində dövlət başçısı Rodriqo Duterteni əvəz edəcək yeni prezidentin seçilməsi ilə əlaqədar səsvermə başlayıb.Həmin gün təqribən 37 min seçki məntəqəsində seçicilərin səsverməsi hazırda davam edir. Bu məntəqələrin yerli vaxtla axşam saat 19:00-da bağlanacağı və səslərin dərhal hesablanmasına başlanacağı gözlənilir.Qeyd edək ki, R.Duterteni əvəz etmək üçün 10 namizəd mübarizə aparır. İctimai rəy sorğularının nəticələrinə əsasən, namizədlər arasında keçmiş diktator Ferdinand Markosun böyük oğlu kiçik Ferdinand Markos liderlik edir.F.Markos R.Dutertenin narkotik maddələrin qeyri-qanuni dövriyyəsinə qarşı apardığı mübarizə də daxil olmaqla onun siyasətini davam etdirəcəyini vəd edib. Onun namizədliyinin atasının diktaturasından sonra anadan olmuş gənclər tərəfindən dəstəkləndiyi qeyd edilir. F.Markos sosial şəbəkələrdə atasının infrastrukturu inkişaf etdirmək yolu ilə iqtisadi dirçəlişə nail olduğunu vurğulayır.Keçmiş diktatorun əsas rəqibi rolunda hazırda vitse-prezident vəzifəsini tutan xanım Leni Robredo çıxış edir. R.Dutertenin rəhbərliyi altında çalışmasına baxmayaraq, bu xanımın onun ən kəskin tənqidçilərindən biri olduğu qeyd edilir.L.Robredo seçiciləri məhz R.Dutertenin siyasətinə qarşı çıxması ilə öz tərəfinə cəlb edə bilib.Əlavə olaraq bildirək ki, 65,7 milyondan çox filippinlinin qatılacağı ümumi seçkilərdə respublikanın yeni prezidenti ilə yanaşı, vitse-prezident, 12 senator, yüzlərlə konqresmen, habelə qubernatorlar, merlər, əyalət və şəhər müşavirləri də seçiləcək.xeber100.com

May 9, 2022 15:13