Tennis üzrə Fransa Açıq çempionatı təxirə salınıb

18 Mart 2020 11:52

Xəbər 34 dəfə oxunub

Mayın 25-dən iyunun 7-dək Parisdə keçirilməsi nəzərdə tutulan tennis üzrə Fransa Açıq çempionatı (“Rolan Qarros”) koronavirus pandemiyasına görə təxirə salınıb.Azərtac xəbər verir ki, bu barədə məlumatı turnirin mətbuat Xidməti yayıb.“Rolan Qarros”un payızda, sentyabrın 20-dən oktyabrın 4-dək təşkil olunacağı bildirilir.Qeyd edək ki, Fransa Açıq çempionatının son qalibi ispaniyalı Rafael Nadaldır.xeber100.com