“The Times” qəzeti futbol matçlarından yazır…

12 Mart 2020 14:16

Xəbər 38 dəfə oxunub

İngiltərədəki bütün futbol matçlarının koronavirusla əlaqədar azarkeşsiz keçirilməsi nəzərdə tutulur.“The Times” qəzeti xəbər verir ki, bu barədə qərar martın 13-də keçiriləcək iclasda qəbul ediləcək. İngiltərə Premyer Liqasının və aşağı divizionların oyunlarının bundan sonra qeyri-müəyyən vaxta qədər azarkeşsiz keçirilməsi planlaşdırılır.Qeyd edək ki, ötən gün koronavirusla əlaqədar İtaliya çempionatı tamamilə dayandırılıb. UEFA Çempionlar Liqasının və digər turnirlərin bəzi oyunlarının da azarkeşsiz keçirilməsi barədə qərarlar qəbul olunub.xeber100.com