“Tokio 2020” Yay Olimpiya Oyunlarının üçüncü günündə

18 Sentyabr 2019 12:35

Xəbər 94 dəfə oxunub

Bakıda bədii gimnastika üzrə 37-ci dünya çempionatı davam edir.Azərtac xəbər verir ki, “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan çempionatın üçüncü günündə gimnastlar fərdi proqram üzrə gürzlər və lentlə təsnifat mərhələsində güclərini sınayırlar.Milli komandamızın heyətində Zöhrə Ağamirova, Veronika Qudis və Məryəm Səfərova xalça üzərinə çıxacaqlar. Hər iki gimnastımızın çıxış edəcəyi A qrupunda M.Səfərova 24-cü, V.Qudis 26-cı, Z.Ağamirova isə 28-ci nömrə altında lentlə proqramlarını təqdim edəcəklər. Təmsilçilərimizin yer aldıqları qrupda 42 gimnast mübarizə aparacaq. Ümumilikdə fərdi proqramda çıxış edən gimnastlar dörd qrup üzrə yarışacaqlar.Sentyabrın 19-da gürzlər və lentlə təsnifat yarışları təşkil olunacaq. Eləcə də gürzlər, lentlə və komanda hesabında yarışlarda qaliblər müəyyənləşəcək. Çempionatın beşinci günündə – sentyabrın 20-də çoxnövçülük üzrə final yarışları baş tutacaq. Habelə “Prize of Elegance” mükafatının qalibi müəyyənləşəcək. Sentyabrın 21-də qrup hərəkətləri komandaları mübarizəyə qoşulacaqlar. Gimnastlar 5 top, 3 halqa və 2 cüt gürzlə yarışacaqlar. Günün sonunda çoxnövçülük üzrə qaliblər mükafatlandırılacaq. Ayın 22-də çempionata 5 top, 3 halqa və 2 cüt gürzlə final yarışları ilə yekun vurulacaq.Milli Gimnastika Arenasında keçirilən dünya çempionatına ölkəmiz 9 gimnastla qatılıb. Fərdi proqram üzrə yarışlarda Zöhrə Ağamirova, Veronika Qudis, Yelizaveta Luzan və Məryəm Səfərova güclərini sınayacaqlar. Qrup hərəkətlərində isə komandamızın heyətində Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Zeynəb Hümmətova və Darya Sorokina yer alıblar.Çempionatda fərdi proqramda çoxnövçülük üzrə ilk 16-lıqda yer alan gimnastlar (bir ölkədən maksimum 2 gimnast olmaqla) lisenziya əldə etmiş olacaqlar. Qrup hərəkətləri komandalarına gəldikdə isə, ötən ilin dünya çempionatının nəticələrinə əsasən, Bolqarıstan, Rusiya və İtaliya artıq lisenziyanı təmin ediblər. Çempionatda çoxnövçülük xalları üzrə daha 5 ən yaxşı komanda Olimpiadaya vəsiqə qazanacaq.Altmış bir ölkədən 300-dən artıq gimnast çempionatda 9 dəst medal uğrunda mübarizə aparacaq.Çempionatın medalları Beynəlxalq Gimnastika Federasiyasının loqosu formasında hazırlanıb.xeber100.com

Formula 1 mövsümünü iki yürüşlə başlamaq planlaşdırılır

Formula 1 mövsümünü iyulun 5-də və 12-də Avstriyada iki yürüşlə başlamaq planlaşdırılır, lakin təqvimin rəsmi versiyası indiyədək təqdim edilməyib. "Liberty Media" mövsümün Avropa hissəsinin təqvimini gələn həftə açıqlamağı planlaşdırırdı, lakin Britaniya hakimiyyətinin ölkəyə gələnlər üçün tətbiq etdiyi ikihəftəlik karantinin Formula 1 üçün istisna olunması ləğv ediləndən sonra bu planlara düzəliş etmək lazım gəldi.Azərtac xəbər verir ki, çempionatın təşkilatçısı "GPFans"ın informasiyasına görə, çempionatın təşkilatçılarına Böyük Britaniya hakimiyyəti ilə razılığa gəlmək və ya rədd cavabı olduqda Silverstoun yürüşlərinin əvəzini razılaşdırmaq üçün əlavə vaxt tələb olunurdu. Bununla əlaqədar, mövsümün təqviminin yeni versiyasının açıqlanması iyunun birinci həftəsinə qədər təxirə salındı.Hesab edilir ki, Avstriya yürüşləri ilə yanaşı, Belçika və İtaliya Qran-prilərinin təçkilatçıları ilə də razılaşmalar əldə edilib. Spada və Montsada yürüşlər daha əvvəl planlaşdırıldığı kimi avqustun 30-da və sentyabrın 6-da keçiriləcək. Avropada digər yürüşlərin, habelə Asiya, Şimali və Cənubi Amerika mərhələlərinin keçirilməsi barədə danışıqlar davam etdirilir, çünki həmin regionların ölkələrində koronavirusa görə məhdudiyyətlər hələ də qüvvədədir.Bununla belə, "Liberty Media" Yaxın Şərq mövsümünü başa çatdırmağı planlaşdırır: Bəhreyn Qran-Prisi dekabrın 6-na, Əbu-Dabi Qran-Prisi dekabrın 13-nə nəzərdə tutulub.xeber100.com

May 22, 2020 13:24

Şahmat Federasiyasının məlumatı əsasında…

Gənclər və İdman Nazirliyinin, Azərbaycan və Gürcüstan Şahmat federasiyalarının, eləcə də SOCAR-ın təşkilatçılığı ilə mayın 26-dan 28-dək blits üzrə onlayn qaydada beynəlxalq “İpək Yolu Kuboku” turniri keçiriləcək.Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətindən Azərtac-a verilən məlumata görə, Beynəlxalq Şahmat Federasiyasının (FIDE) vitse-prezidenti Mahir Məmmədovun təşəbbüsü ilə keçiriləcək turnir Azərbaycanın və Gürcüstanın milli bayramları - müvafiq olaraq, Respublika Günü və Müstəqillik Gününə həsr ediləcək. Yarışın təşkilində məqsəd Azərbaycan ilə Gürcüstan arasında idman sahəsində əlaqələrin inkişafı, pandemiya dövründə şahmatçıların oyun praktikasının qorunub saxlanması və bu qədim idman növünün təbliğidir.Yarış “playchess.com” virtual oyun platforması vasitəsilə keçiriləcək. Turnirdə 50 iştirakçı mübarizə aparacaq. Hər iki ölkədən FIDE əmsalına görə kişilərin siyahısında ilk 12-likdə, qadınların reytinqində isə ilk 8-likdə qərarlaşan (2020-ci il 1 may tarixinə), həmçinin bu il yanvarın 1-də 16 yaşı tamam olmamış şahmatçılar arasında ilk üçlükdə yer almış gənclər yarışda iştirak edə bilərlər. Federasiyalar yarışa əlavə iki şahmatçı dəvət etmək hüququna malikdirlər.Yarışın ümumi mükafat fondu 20 min avrodur. Turnirdə mübarizə aparacaq bütün şahmatçılar göstərdikləri nəticəyə müvafiq olaraq pul mükafatı qazanacaqlar. On beş turdan ibarət yarış İsveçrə sistemi üzrə keçiriləcək.Nəzarət vaxtı hər bir şahmatçı üçün oyunun sonuna qədər üç dəqiqə və birinci gedişdən başlayaraq hər gediş üçün iki saniyə əlavə olunmaqla müəyyən edilir. Turnirin 1-7-ci turlarına mayın 26-da saat 15:00-da, 8-15-ci turların görüşlərinə isə mayın 28-də saat 18:00-da start veriləcək.xeber100.com

May 21, 2020 10:12