Yanvarın 2-də Tokio hökuməti və daha üç prefekturanın rəhbərliyi Yaponiyanın mərkəzi hökumətindən koronavirus pandemiyasının yayılmasının qarşısını almaq üçün ölkədə fövqəladə vəziyyət rejiminin elan olunması barədə xahişlə müraciət edəcək.Azərtac Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, koronavirusun böyük sürətlə yayıldığı Tokio ilə yanaşı, Saytama, Çiba və Kanaqava prefekturalarının rəhbərləri buna hazırlaşırlar.Bildirilir ki, dekabrın 31-də paytaxtda 1337 yoluxma halı qeydə alınıb. Bununla da Tokioda gündəlik yoluxma ilk dəfə olaraq 1000 nəfər həddini aşıb. Yeni ilin ilk günündə isə paytaxtda 783 yoluxma təsdiq edilib ki, bu da sayca ən çox ikinci gündəlik yoluxma halıdır.Bununla yanaşı, COVID-19 virusu ilə xəstəxanaya yerləşdirilənlərin sayı da yeni maksimuma çatıb və Tokio xəstəxanaları çarpayı çatışmazlığı ilə üzləşib.xeber100.com
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Polis Akademiyasına kursantların qəbulu başlayıb
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
“Вниз по течению”…