Tunisin Beynəlxalq Hava Limanında bütün beynəlxalq uçuşlar dayandırılıb

16 İyun 2022 15:12

Xəbər 26 dəfə oxunub

Tunisin Beynəlxalq Hava Limanında bütün beynəlxalq uçuşlar dayandırılıb.Bu ölkənin aeroport işçilərinin həmkarlar ittifaqı hökumətin maaşların “dondurulması” addımına cavab olaraq ümumi tətil elan ediblər.Ağır iqtisadi, o cümlədən maliyyə böhranı ilə üzləşən Tunis hökuməti Beynəlxalq Valyuta Fondundan aldığı dörd milyard dollar həcmində kreditin şərtlərini yerinə yetirmək üçün bir çox sahələrdə çalışanların, o cümlədən aeroport işçilərinin maaşlarını “dondurub”. Buna cavab olaraq, ölkənin xidmət və təmizlik sahələrində də tətillər başlayıb. “Al Arabia” telekanalının məlumatına görə, Tunisin 159 dövlət idarəsi, həmçinin ictimai sektorda çalışan 2 milyona yaxın insan ümumi tətilə qoşulub. Ölkənin paytaxtında və regionlarda ictimai nəqliyyatın fəaliyyəti də iflic olub.xeber100.com

Filippində yeni prezidentin seçilməsi ilə əlaqədar səsvermə başlayıb

Mayın 9-da yerli vaxtla saat 7:00-da Filippində dövlət başçısı Rodriqo Duterteni əvəz edəcək yeni prezidentin seçilməsi ilə əlaqədar səsvermə başlayıb.Həmin gün təqribən 37 min seçki məntəqəsində seçicilərin səsverməsi hazırda davam edir. Bu məntəqələrin yerli vaxtla axşam saat 19:00-da bağlanacağı və səslərin dərhal hesablanmasına başlanacağı gözlənilir.Qeyd edək ki, R.Duterteni əvəz etmək üçün 10 namizəd mübarizə aparır. İctimai rəy sorğularının nəticələrinə əsasən, namizədlər arasında keçmiş diktator Ferdinand Markosun böyük oğlu kiçik Ferdinand Markos liderlik edir.F.Markos R.Dutertenin narkotik maddələrin qeyri-qanuni dövriyyəsinə qarşı apardığı mübarizə də daxil olmaqla onun siyasətini davam etdirəcəyini vəd edib. Onun namizədliyinin atasının diktaturasından sonra anadan olmuş gənclər tərəfindən dəstəkləndiyi qeyd edilir. F.Markos sosial şəbəkələrdə atasının infrastrukturu inkişaf etdirmək yolu ilə iqtisadi dirçəlişə nail olduğunu vurğulayır.Keçmiş diktatorun əsas rəqibi rolunda hazırda vitse-prezident vəzifəsini tutan xanım Leni Robredo çıxış edir. R.Dutertenin rəhbərliyi altında çalışmasına baxmayaraq, bu xanımın onun ən kəskin tənqidçilərindən biri olduğu qeyd edilir.L.Robredo seçiciləri məhz R.Dutertenin siyasətinə qarşı çıxması ilə öz tərəfinə cəlb edə bilib.Əlavə olaraq bildirək ki, 65,7 milyondan çox filippinlinin qatılacağı ümumi seçkilərdə respublikanın yeni prezidenti ilə yanaşı, vitse-prezident, 12 senator, yüzlərlə konqresmen, habelə qubernatorlar, merlər, əyalət və şəhər müşavirləri də seçiləcək.xeber100.com

May 9, 2022 15:13