Turan döyüş sənəti üzrə ikinci dünya çempionatı başlayıb

22 Noyabr 2019 13:01

Xəbər 46 dəfə oxunub

Noyabrın 22-də “Sərhədçi” İdman Olimpiya Mərkəzində alpaqut Turan döyüş sənəti üzrə ikinci dünya çempionatı başlayıb.Azərtac xəbər verir ki, çempionatda 24 ölkədən 500-dən çox idmançı alpaqut döyüş sənətinin beş növü – aypara, batur, caymaz, qurşaq və kaçut üzrə yarışlarda mübarizə aparırlar. Azərbaycan bu turnirdə 200-dən çox idmançı ilə təmsil olunur.Xatırladaq ki, 2018-ci ildə Bakıda keçirilmiş alpaqut Turan döyüş sənəti üzrə birinci dünya çempionatında Azərbaycan idmançıları komanda hesabında qalib olublar. Türkiyə komandası ikinci, Qazaxıstan və Gürcüstan yığmaları isə üçüncü yerə layiq görülüblər.“Alpaqut” sözünün mənası “müqəddəs döyüşçü” deməkdir. Alpaqut Turan coğrafiyasında yaşayan, türk xalqlarının ortaq mədəni dünyagörüşünü təmsil və təbliğ edən, eləcə də milli döyüş ənənələrini inkişaf etdirən, xüsusilə qədim türklərin döyüş mədəniyyətini müasir döyüş sənəti üzərində sistemləşdirən və dərin fəlsəfi-ideoloji məna dayısan idman növüdür. Alpaqut idmanı türk döyüş sənətləri üzrə tədqiqatçı, beynəlxalq dərəcəli idman ustası kutsan Vasif Namazov tərəfindən yaradılıb və türkdilli xalqların qədim döyüş sənətinin müasir döyüş növləri ilə sintezindən ibarətdir.Dünya Alpaqut Federasiyası 2014-cü ildən başlayaraq bir neçə beynəlxalq tədbir və yarışlar təşkil edib. Federasiyanın Azərbaycanla yanaşı, Almaniya, Böyük Britaniya, Qırğızıstan, Çexiya, Türkiyə, Gürcüstan, İran, Pakistan, Hindistan, Livan, Macarıstan, Ukrayna, Əlcəzair, Qazaxıstan, Qırğızıstan, Nepal, Özbəkistan, Rusiya və digər ölkələrdə nümayəndəlikləri fəaliyyət göstərir.xeber100.com

 

“Beşiktaş” futbol klubu “Kasımpaşa”nın qonağı olub

Dekabrın 8-də Türkiyə Superliqasının XIV turunda “Beşiktaş” səfərdə “Kasımpaşa”nın qonağı olub.Azərtac xəbər verir ki, oyun gərgin hücumlarla yadda qalıb. Görüşün 15-ci dəqiqəsində meydan sahiblərinin müdafiəçisi Kərim Hafiz kobud oyununa görə qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub. Lakin buna baxmayaraq “Kasımpaşa”nın hücumçusu Mustafa Pektemek 24-cü dəqiqədə hesabı açıb. Qarşılaşmanın 39-cu dəqiqəsində İstanbul təmsilçilərinin müdafiəçisi Caner Erkin hesaba tarazlıq gətirib. Birinci hissə elə bu hesabla bitib - 1:1. İkinci hissənin 56-cı dəqiqəsində meydan sahibləri yenidən hesabda irəli keçiblər. Benqali Fode Koita çərçivəni dəqiq nişan alıb. Lakin “Beşiktaş”ın hücumçusu Umut Nayırın 71 və 90-cı dəqiqələrdə vurduğu qollar sayəsində qonaqlar məğlubiyyətdən xilas olublar. Beləliklə “Beşiktaş” səfərdə “Kasımpaşa”ya 2:3 hesabı ilə qalib gəlib.Turun digər oyunlarında “Trabzonspor” səfərdə “Antalyaspor”u 1:3 hesabı ilə üstələyib. “Konyaspor” və “Qaziantep” oyununda qapılara qol vurulmayıb.“Dənizlispor” və “Başakşəhər” matçında isə tərəflər hər biri qapılara bir qol vurublar.Superlıqanın XIV turuna “Kayserispor” – “Rizəspor” görüşü ilə yekun vurulacaq.Hazırda “Sivasspor” klubu turnir cədvəlində 30 xalla vahid liderdir. “Beşiktaş” 27 xalla ikinci, “Trabzonspor” isə 26 xalla üçüncü pillədə qərarlaşıb.xeber100.com

Dekabr 9, 2019 12:20