Türkiyə çempionatının 34-cü turunun ikinci gün qarşılaşmasında

26 İyul 2020 13:35

Xəbər 385 dəfə oxunub

İyulun 25-də futbol üzrə Türkiyə çempionatının sonuncu – 34-cü turunun ikinci gün qarşılaşmasında “Trabzonspor” səfərdə “Kayserispor”un qonağı olub.Azərtac xəbər verir ki, maraqlı keçən qarşılaşmada Trabzon təmsilçiləri Kayseri klubunu 2:1 hesabı ilə məğlub ediblər.Günün digər matçında isə “Fənərbağça” doğma meydanda “Rizəspor”u 3:1 hesabı ilə üstələyib. “Beşiktaş” isə səfərdə “Gənclərbirliyi”nin qapısından üç cavabsız top keçirərək turnir cədvəlində bir addım irəliləyərək üçüncü pilləyə qalxıb. Üçüncü pillənin sabiq sahibi “Sivasspor” isə səfərdə “Göztəpə”yə 3:1 hesabı ilə uduzaraq dördüncü pilləyə yuvarlanıb. Səfərdə “Konyaspor”la qarşılaşan “Alanyaspor” klubu isə 3:2 hesabı ilə qazandığı qələbə sayəsində beşinci pilləyə yüksəlib. Superliqanı tərk etməmək üçün çalışan “Yeni Malatyaspor” komandası isə “Qaziantep”ə məğlub olub (0:1). “Dənizlispor” isə doğma meydanda “Ankaragücü”nə minimal hesabla məğlub olub.Türkiyə Superliqasının sonuncu turuna iyulun 26-da “Kasımpaşa” – “Başakşəhər” görüşü ilə yekun vurulacaq.Türkiyə çempionatında yekun nəticələrə görə, “Başakşəhər” 69 xalla turnir cədvəlinin lideridir. “Trabzonspor” 65 xalla ikincidir. “Beşiktaş” 62 xalla üçüncü, “Sivasspor” klubu isə 60 xalla dördüncü pillədə qərarlaşıb. Sonrakı yerlərdə “Alanyaspor” (57 xal),”Qalatasaray” (56 xal), “Fənərbağça” (56 xal) və digər komandalar gəlir. Superliqa ilə vidalaşan klublar sırasında isə “Yeni Malatyaspor” (32 xal), “Ankaragücü” (32 xal) və “Kayserispor” (32 xal) komandaları var.xeber100.com