Türkiyə çempionatının XXIX turu çərçivəsində

28 İyun 2020 11:30

Xəbər 560 dəfə oxunub

Futbol üzrə Türkiyə çempionatının XXIX turu çərçivəsində keçirilən qarşılaşmada “Trabzonspor” doğma meydanda “Ankaragücü”nü qəbul edib.Azərtac xəbər verir ki, maraqlı keçən qarşılaşmada hesabı 3-cü dəqiqədə meydan sahiblərinin hücumçusu Aleksandr Sorlot açıb. Matçın 63-cü dəqiqəsində qonaqların futbolçusu Gerson Rodrigez vurduğu qolla hesaba tarazlıq gətirib – 1:1. Beləliklə, “Trabzonspor” Superliqada ardıcıl ikinci dəfə xal itirib.Qeyd edək ki, Trabzon təmsilçiləri ötən turda “Alanyaspor”la 2:2 hesabı ilə heç-heçə edib.Günün digər matçlarında “Göztəpə” – “Alanyaspor” komandaları hər biri üç qol vuraraq oyunu bərabərə yekunlaşdırıblar. “Fənərbağça” isə doğma meydanda “Yeni Malatyaspor”u 3:2 hesabı ilə məğlub edib.xeber100.com

Formula 1 üzrə dünya çempionatının ikinci yarışması start götürəcək

Bu gün Avstriyanın Şpilberq qəsəbəsi yaxınlığında yerləşən “Red Bull Ring” trasında Formula 1 üzrə dünya çempionatının yeni mövsümündə ikinci yarışması start götürəcək.Azərtac xəbər verir ki, bu, Formula 1 avtoidmanının 70 illik tarixində iki yarışın dalbadal eyni trasda keçirildiyi ilk hadisədir. Şpilberq qəsəbəsinin yerləşdiyi federal əyalətin adına uyğun olaraq, bu yarışmaya Ştiriya Qran-Prisi adı verilib.İyulun 5-də “Red Bull Ring” trasında keçirilən ilk yarışda “Mercedes” pilotu Valtteri Bottas qalib gəlmişdi. İyulun 11-də keçirilən kvalifikasiya turniri güclü yağışa görə pilotlar üçün əsl məşəqqətə çevrilib. Dünya çempionu və “Mercedes” pilotu Levis Hemilton hazırlıq yarışında peşəkar karyerası tarixində 89-cu start mövqeyi (pole position) təmin edib və iyulun 12-də trasda yürüşə əlverişli mövqedən start verəcək. Hazırlıq yarışında sonrakı yerlərdə isə Maks Verstappen (”Red Bull”), Karlos Saynz (“McLaren”) və ötən həftənin qalibi Valtteri Bottas tutublar.Avstriya mətbuatında COVID-19 öhdəliklərinə riayət olunmadığına görə iyulun 19-da Macarıstanda keçirilməsi nəzərdə tutulan Formula 1 Qran-Prisinin üçüncü dəfə eyni məkanda – Şpilberqdə “Red Bull Ring” trasında baş tutacağına dair xəbərlər yayılır. Formula 1 təşkilatçıları bu xəbərləri hələlik şərh etməyiblər.Təşkilatçılar yarışların COVID-19 pandemiyası ilə əlaqədar tam təhlükəsiz şəraitdə keçməsi üçün ciddi tədbirlər görüblər. İkinci dövrənin keçiriləcəyi 12 iyul tarixinədək Şpilberqdə ümumilikdə 8600 COVID-19 testi aparılıb, onların hamısının cavabı mənfi olub. Bu da Formula 1 yarışları üçün hazırlanmış yeni konsepsiyaya və yerli təşkilatçıların məsuliyyətinə inamı artırıb.xeber100.com

İyul 12, 2020 19:44