Türkiyə çempionatının XXIX turunun sonuncu qarşılaşmasında

30 İyun 2020 14:57

Xəbər 573 dəfə oxunub

Futbol üzrə Türkiyə çempionatının XXIX turunun sonuncu qarşılaşmasında “Gənclərbirliyi” doğma meydanda “Kasımpaşa”nı qəbul edib.Azərtac xəbər verir ki, görüşdə qonaqlar iki cavabsız qolla qalib gəliblər. “Kasımpaşa”nın heyətində 17-ci dəqiqədə Benqali Fode Koyta və 90-cı dəqiqədə isə Diemerci Ndonqala fərqləniblər.Türkiyə çempionatında hazırda “Başakşəhər” 60 xalla turnir cədvəlinin lideridir. “Trabzonspor” 58 xalla ikincidir. “Sivasspor” 53 xalla üçüncü, “Qalatasaray” isə 52 xalla dördüncü pillələrdə qərarlaşıb. Sonrakı yerləri “Beşiktaş” (50 xal), “Fənərbağça” (46 xal), “Alanyaspor” (45 xal) və digər komandalar tuturlar.xeber100.com

UEFA Avropa Liqasında səkkizdəbir final mərhələsində

İyulun 5-də UEFA Avropa Liqasında səkkizdəbir final mərhələsinin növbəti iki oyunu keçirilib.Azərtac xəbər verir ki, "Mançester Yunayted" Avstriyada 5:0 hesabı ilə qalib gəldiyi LASK klubunu evdə də məğlub edib - 2:1. Hesabı 55-ci dəqiqədə qonaq komandadan Filip Vizinger açsa da, 2 dəqiqə sonra Cessi Linqard bərabərliyi təmin edib. Oyunun 88-ci dəqiqəsində isə Antoni Marsyal qələbə topunu vurub.Mançester təmsilçisi dörddəbir finala vəsiqə qazanıb.Günün digər oyununda "İnter" neytral meydanda - Almaniyanın Gelzenkirxen şəhərindəki "AufŞalke Arena"da İspaniyanın "Xetafe" klubunun üzərində inamlı qələbə qazanıb - 2:0. Hesabı 33-cü dəqiqədə Romelu Lukaku açıb. Matçın 83-cü dəqiqəsində isə Kristian Eriksen meydana daxil olduqdan bir dəqiqə sonra yekun nəticəni müəyyənləşdirib.Qeyd edək ki, UEFA “İnter” - “Xetafe” və “Sevilya” - “Roma” oyunlarında qalibi bir oyunda müəyyən etmək üçün qərar qəbul edib.Dörddəbir finalda "Mançester Yunayted" Danimarka "Kopenhagen"i ilə üz-üzə gələcək. "İnter" isə "Reyncers" (Şotlandiya) - "Bayer" (Almaniya) cütünün qalibi ilə görüşəcək.Xatırladaq ki, daha əvvəl "Kopenhagen" Türkiyə çempionu "Başakşehir"i iki oyunun yekununda mübarizədən kənarlaşdırıb - 0:1, 3:0. Ukraynanın “Şaxtyor" klubu isə Almaniyanın "Volfsburq" komandasından üstün olub - 3:1, 3:0. "Şaxtyor" dörddəbir finalda "Ayntraxt" (Almaniya) - "Bazel" (İsveçrə) cütünün qalibi ilə qarşılaşacaq.xeber100.com

Avqust 6, 2020 11:25