Türkiyə çempionatının XXVIII turu çərçivəsində

22 İyun 2020 10:01

Xəbər 530 dəfə oxunub

Futbol üzrə Türkiyə çempionatının XXVIII turu çərçivəsində keçirilən qarşılaşmada “Qalatasaray” doğma meydanda “Qaziantep”i qəbul edib.Azərtac xəbər verir ki, gərgin keçən görüşdə tərəflər hər biri üç top vuraraq heç-heçə ediblər. “Qalatasaray”ın qollarını Radmel Falkao (36), Yunis Belhanda (40) və Sofian Fequli vurub. Qonaqların heyətində isə Papi Djilobodji (17), Patrik Tvumasi (78) və Aleksandru Maksim (90+14) fərqləniblər. Həmçinin meydan sahiblərinin heyətində Əhməd Çelik 56-cı dəqiqədə qırmızı vərəqə alaraq komandasını meydanda azlıqda qoyub.Günün digər oyunlarında “Konyaspor” doğma divarlar arasında “Sivasspor”la heç-heçə edib – 2:2. “Fənərbağça” isə səfərdə “Kasımpaşa”ya 2:0 hesabı ilə uduzub.XXVIII tura iyunun 22-də “Alanyaspor” – “Trabzonspor” və “Antalyaspor” – “Rizəspor” görüşləri ilə yekun vurulacaq.Türkiyə çempionatında hazırda “Başakşəhər” 59 xalla turnir cədvəlinin lideridir. Ondan bir oyun az keçirmiş “Trabzonspor” 56 xalla ikincidir. “Sivasspor” 53 xalla üçüncü, “Qalatasaray” klubu isə 51 xalla dördüncü pillədə qərarlaşıb. Sonrakı yerlərdə “Beşiktaş” (47 xal), “Alanyaspor” (43 xal), “Fənərbağça” (43 xal) və digər komandalar gəlir.xeber100.com