Türkiyə Superliqasında XXI turdan təxirə salınan qarşılaşma keçirilib

18 Mart 2020 11:57

Xəbər 31 dəfə oxunub

Martın 17-də Türkiyə Superliqasında XXI turdan təxirə salınan qarşılaşma keçirilib.Azərtac xəbər verir ki, “Göztəpə” qonaq etdiyi “Rizəspor”u iki cavabsız qolla məğlub edib. Matçın taleyi qarşılaşmanın ikinci yarısında həll olunub. Qısa zaman kəsiyində iki qol vuran meydan sahibləri meydandan üç xalla ayrılıblar – 2:0.Qeyd edək ki, növbəti turun oyunları martın 20-22-də keçiriləcək.Türkiyə çempionatına 53 xalla “Trabzonspor” başçılıq edir. Onunla eyni xala malik “Başakşəhər” ikincidir. “Qalatasaray” 50 xalla üçüncü, “Sivasspor” isə 49 xalla dördüncü pillələrdə qərarlaşıblar.xeber100.com