Türkiyə Superliqasının VII turu çərçivəsində keçirilən görüşdə

6 Oktyabr 2019 19:56

Xəbər 92 dəfə oxunub

Oktyabrın 6-da futbol üzrə Türkiyə Superliqasının VII turu çərçivəsində keçirilən görüşdə “Beşiktaş” doğma meydanda lider “Alanyaspor”u qəbul edib.Azərtac xəbər verir ki, “Vodafon Park” arenada baş tutan görüş maraqlı hücumlarla yadda qalıb. Gərgin keçən görüşdə hesabı 52-ci dəqiqədə Burak Yılmaz açıb. O, rəqib qapısına təyin olunmuş on bir metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib. Meydan sahibləri bir daha 69-cu dəqiqədə Abdulay Diabinin vuduğu qol sayəsində hesabı 2:0 ediblər. Bu oyunda vurulan sonuncu qol olub. Beləliklə, “Beşiktaş” doğma meydanda vacib 3 xalı qazanıb. Bu oyundan sonra “Beşiktaş” 8 xalla 13-cü pillədə qərarlaşıb.Turun digər qarşılaşmasında isə “Sivasspor” doğma meydanda “Ankaragücü”nü 3:1 hesabı ilə məğlub edib.Turun digər qarşılaşmaları bu gün və oktyabrın 7-də keçiriləcək.xeber100.com

Formula 1 mövsümünü iki yürüşlə başlamaq planlaşdırılır

Formula 1 mövsümünü iyulun 5-də və 12-də Avstriyada iki yürüşlə başlamaq planlaşdırılır, lakin təqvimin rəsmi versiyası indiyədək təqdim edilməyib. "Liberty Media" mövsümün Avropa hissəsinin təqvimini gələn həftə açıqlamağı planlaşdırırdı, lakin Britaniya hakimiyyətinin ölkəyə gələnlər üçün tətbiq etdiyi ikihəftəlik karantinin Formula 1 üçün istisna olunması ləğv ediləndən sonra bu planlara düzəliş etmək lazım gəldi.Azərtac xəbər verir ki, çempionatın təşkilatçısı "GPFans"ın informasiyasına görə, çempionatın təşkilatçılarına Böyük Britaniya hakimiyyəti ilə razılığa gəlmək və ya rədd cavabı olduqda Silverstoun yürüşlərinin əvəzini razılaşdırmaq üçün əlavə vaxt tələb olunurdu. Bununla əlaqədar, mövsümün təqviminin yeni versiyasının açıqlanması iyunun birinci həftəsinə qədər təxirə salındı.Hesab edilir ki, Avstriya yürüşləri ilə yanaşı, Belçika və İtaliya Qran-prilərinin təçkilatçıları ilə də razılaşmalar əldə edilib. Spada və Montsada yürüşlər daha əvvəl planlaşdırıldığı kimi avqustun 30-da və sentyabrın 6-da keçiriləcək. Avropada digər yürüşlərin, habelə Asiya, Şimali və Cənubi Amerika mərhələlərinin keçirilməsi barədə danışıqlar davam etdirilir, çünki həmin regionların ölkələrində koronavirusa görə məhdudiyyətlər hələ də qüvvədədir.Bununla belə, "Liberty Media" Yaxın Şərq mövsümünü başa çatdırmağı planlaşdırır: Bəhreyn Qran-Prisi dekabrın 6-na, Əbu-Dabi Qran-Prisi dekabrın 13-nə nəzərdə tutulub.xeber100.com

May 22, 2020 13:24