Türkiyə Superliqasının X turu çərçivəsində

4 Noyabr 2019 11:34

Xəbər 33 dəfə oxunub

Noyabrın 3-də futbol üzrə Türkiyə Superliqasının X turu çərçivəsində keçirilən oyunda “Fənərbağça” səfərdə “Kayserispor”un qonağı olub.Azərtac xəbər verir ki, “Kadir Has” stadionunda keçirilən görüşdə meydan sahibləri İstanbul komandasına qalib gəlib. Matçda yeganə qolu 58-ci dəqiqədə Kayseri təmsilçisinin hücumçusu Umut Bulut vurub.Beləliklə, “Fənərbağça” səfərdə 0:1 hesabı ilə “Kayserispor”a məğlub olub.Günün digər qarşılaşmasında isə “Dənizlispor” doğma meydanda “Sivasspor”u qəbul edib. Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. “Kasımpaşa” – “Yeni Malatyaspor” oyununda isə qalib müəyyənləşməyib – 2:2.Bu oyundan sonra “Alanyaspor” çempionatda 19 xalla liderdir. “Fənərbağça” isə 17 xalla dördüncüdür.xeber100.com

İngiltərə Premyer Liqasının 12-ci turunun mərkəzi qarşılaşması keçirilib

Noyabrın 10-da futbol üzrə İngiltərə Premyer Liqasının 12-ci turunun mərkəzi qarşılaşması keçirilib.Azərtac xəbər verir ki, iki əzəli rəqib “Liverpul” və “Mançester Siti” komandaları üz-üzə gəliblər.Gərgin və hüçumlarla bol olan görüşdə meydan sahibləri - “Liverpul” 3:1 hesabı ilə qalib gəlib.Oyunda hesabı 6-cı dəqiqədə erkən qolla “Liverpul” açıb. Qurulan əks hüçumu Fabinyo uzaq məsafədən dəqiq zərbə ilə tamamlayıb - 1:0. Qoldan 11 dəqiqə sonra “Liverpul” hesab arasındakı fərqi iki topa çatdırıb. Endi Robertsonun cinah ötürməsindən sonra Məhəmməd Salah başla bir başa uzaq küncü nişan alaraq komandasının ikinci qolunu vurub - 2:0.Fasiləyə komandalar “Liverpul”un 2:0 hesablı üstünlüyü ilə yollanıb.Qarşılaşmanın ikinci hissəsində Mersessayd təmsilçisi yenidən qol vurmağa nail olub. Bu dəfə də qol cinah ötürməsindən sonra vurulub. “Liverpul”un seneqallı hücumçusu Sadio Manenin baş zərbəsi dəqiq olub - 3:0. Bu qoldan sonra təsəlli qol vurmağa irəli atılan “şəhərli”lər fərqlənməyə bacarıb. Matçın 78-ci dəqiqəsində Bernardo Silva adını tabloya yazdırıb - 3:1.Görüş bu hesabla başa çatıb.Vacib qələbə qazanan “Liverpul” xalların sayını 34-ə çatdıraraq turnir cədvəlində “Çelsi” və “Lester Siti”dən 8, “Mançester Siti”dən isə 9 xal irəli keçib.On ikinci turun digər oyunlarında aşağıdakı hesablar qeydə alınıb: “Norviç Siti” - “Vatford” - 0:2; “Çelsi” - “Kristal Palas” - 2:0; “Börnli” - “Vest Ham” - 3:0; “Nyukasl Yunayted” - “Bormunt” - 2:1; “Southempton” - “Everton” - 1:2; “Lester Siti” - “Arsenal” - 2:0; “Mançester Yunayted” - “Brayton” - 3:1; “Volverhemton” - “Aston Villa” - 2:1.xeber100.com

Noyabr 10, 2019 20:42