Türkiyə Superliqasının XII turuna yekun vurulub

26 Noyabr 2019 11:03

Xəbər 36 dəfə oxunub

Futbol üzrə Türkiyə Superliqasının XII turuna “Antalyaspor” – “Qaziantep” oyunu ilə yekun vurulub.Azərtac xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən görüşdə qalib müəyyənləşməyib -1:1. Hesabı 37-ci dəqiqədə qonaq komandanın müdafiəçisi Papi Djilobodji açıb. Meydan sahiblərinin bu qola cavabı oyunun 84-cü dəqiqəsində gəlib. Nazim Sanqara komandasını məğlubiyyətdən xilas edib.On iki turdan sonra Türkiyə çempionatına 24 xalla “Sivasspor” liderlik edir. “Trabzonspor” və “İstanbul Başakşəhər” klubları 22 xalla müvafiq olaraq ikinci və üçüncü pillələrdə yer alıblar. Hər ikisinin aktivində 21 xal olan “Fənərbağça” dördüncü, “Beşiktaş” isə beşincidir. “Qalatasaray” isə 19 xalla səkkizinci pillədə qərarlaşıb.xeber100.com

“Beşiktaş” futbol klubu “Kasımpaşa”nın qonağı olub

Dekabrın 8-də Türkiyə Superliqasının XIV turunda “Beşiktaş” səfərdə “Kasımpaşa”nın qonağı olub.Azərtac xəbər verir ki, oyun gərgin hücumlarla yadda qalıb. Görüşün 15-ci dəqiqəsində meydan sahiblərinin müdafiəçisi Kərim Hafiz kobud oyununa görə qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub. Lakin buna baxmayaraq “Kasımpaşa”nın hücumçusu Mustafa Pektemek 24-cü dəqiqədə hesabı açıb. Qarşılaşmanın 39-cu dəqiqəsində İstanbul təmsilçilərinin müdafiəçisi Caner Erkin hesaba tarazlıq gətirib. Birinci hissə elə bu hesabla bitib - 1:1. İkinci hissənin 56-cı dəqiqəsində meydan sahibləri yenidən hesabda irəli keçiblər. Benqali Fode Koita çərçivəni dəqiq nişan alıb. Lakin “Beşiktaş”ın hücumçusu Umut Nayırın 71 və 90-cı dəqiqələrdə vurduğu qollar sayəsində qonaqlar məğlubiyyətdən xilas olublar. Beləliklə “Beşiktaş” səfərdə “Kasımpaşa”ya 2:3 hesabı ilə qalib gəlib.Turun digər oyunlarında “Trabzonspor” səfərdə “Antalyaspor”u 1:3 hesabı ilə üstələyib. “Konyaspor” və “Qaziantep” oyununda qapılara qol vurulmayıb.“Dənizlispor” və “Başakşəhər” matçında isə tərəflər hər biri qapılara bir qol vurublar.Superlıqanın XIV turuna “Kayserispor” – “Rizəspor” görüşü ilə yekun vurulacaq.Hazırda “Sivasspor” klubu turnir cədvəlində 30 xalla vahid liderdir. “Beşiktaş” 27 xalla ikinci, “Trabzonspor” isə 26 xalla üçüncü pillədə qərarlaşıb.xeber100.com

Dekabr 9, 2019 12:20